Əsas səhifə / Əsas menu / Gözəllik / Mayonezlə saçlara qulluq
Bizi mobildən daha sürətli  izləyin

Mayonezlə saçlara qulluq

mayonnaise_mask

1. Mayonezi saç dibinə masaj hərəkətləri ilə tətbiq edərək, bir    qədər gözlətdikdən sonra ilıq su ilə durulayın. Əgər saçlarınız çox cansız və qurudursa, mayonezi yumurta sarısı ilə qarışdıraraq da istifadə edə bilərsiniz.

2. Mayonez maskaları saç problemlərindən asılı olaraq həftədə 1 dəfədən ayda bir dəfəyə qədər müddətli məsafələrlə dəyişə bilər. Belə ki, əgər saçlarınız boyadan çox ziyan görmüş və cansızlaşmışsa, mayonez maskasını həftəfə 1 dəfə tətbiq etməyiniz məsləhət görülür.

3. Mayonez maskası üçün ehtiyacınız olanlar:saçın uzunluğuna nəzərən 3-4 qaşıq mayonez, 1 yumurta, 1-2 x/qaşığı zeytun yağı. Zeytun yağı əvəzinə badam yağı,jojoba yağı və.s istifadə edə bilərsiniz.

4. Mayonez və yumurtanı soyuducudan çıxardıqdan sonra otaq temperaturuna uyğunlaşmasını gözləyin. Daha sonra mayonezlə yumurtanı qarışdırın. Sonra zeytun yağını da az-az əlavə edərək qarışdırmağa davam edin. Saçınız çox yağlıdırsa, zeytun yağını artıra bilərsiniz. Saçlarınızı bir qədər isladın. Daha sonra hazırladığınız maskanı saç diblərinə masaj edərək yedirin.

5. Saçınızı bağlayaraq 1-2 saat gözlədin.

Buna da baxın

Hamiləlikdə saç boyanması…

Whatsapp ilə Paylaş Hamiləlik zamanı qadınların bir çoxunda “Saçlarımı rəngləyə bilərəm?” kimi suallar yaranır. Mütəxəsislər …