Əsas səhifə / Manşet / Mayonezsiz salat
Bizi mobildən daha sürətli  izləyin

Mayonezsiz salat

Tərkibi:

  • 200 qr toyuqun döş əti
  • 180 qr xiyar
  • 3-4 yumurta
  • 10-20 qr yaşıl soğan
  • 30-40 qr kök
  • 1 çay qaşığı xardal
  • 3 çay qaşığı zeytun yağı
  • Duz

Hazırlanması:

Qaynadılmış toyuqun döş ətini kub formada doğrayırıq. Xiyarı da kub şəklində doğrayıb əlavə edirik. Yumurtanın ağı ilə sarısını ayırıb ağını doğrayıb qarışıma əlavə edirik. Soğanı incə formada doğrayırıq. İncə formada kökü doğrayıb (sürtgəcdən keçirə bilərsiniz.) qarışıma əlavə edirik. Bir qabda yumurta sarısı duz və xardalı qarışdırdıqdan sonra üzərinə zeytun yağı əlavə edərək qarışdırmağa davam edirik. Üzərinə soğanı və xardallı sousu əlavə edirək qarışdırıq.

100 qr-141 kkal

Nuş olsun!

Buna da baxın

Qarpız salatı

Whatsapp ilə PaylaşTərkibi: 200 qr toyuq əti 4 yumurta 150 qr pendir Qara zeytun 150 …