Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qadın sağlamlığı / Melatonin – gözəllik və cavanlıq hormonu
Bizi mobildən daha sürətli  izləyin

Melatonin – gözəllik və cavanlıq hormonu

 

uyku

Melatonin hormonu beyində yerləşən epifiz vəzi (onu həmçinin “üçüncü göz” adlandırırlar) tərəfindən ifraz olunur. Bu hormonun qanda olan səviyyəsi xüsusilə gecə saatlarında qalxır. Melatonin yuxu hormonudur – bizə yuxuya getməyə və yaxşı yatmağa kömək edir.

Lakin bu melatoninin orqanizmdə olan əsas vəzifəsi deyil. Melatonin gecə ərzində orqanizmi bərpa edir, cavanlaşdırır, sağaldır. Melatonin hormonu həmçinin bizi streslərdən qoruyur.

Həkimlər uzun müddət ərzində gecə saatlarında işləyən insanların (tibb bacıları, dispetçirlər, mühafizəçilər və s.) sağlamlığı ilə bağlı araşdırmalar aparırdılar. Bu araşdırmalar nəticəsində məlum oldu ki, gecə növbələrində işləyən insanlarda ürək-damar sistemi xəstəliklərin, piylənmənin, şəkərli diabetin riski artmış olur. Uzun illər ərzində gecə növbələrində işləyən qadınlarda süd vəzi xərçənginin inkişafı riski xeyli artır. Bütün bunları həkimlər orqanizmdə melatonin hormonun defisiti ilə əlaqələndirir.

Melatonin hormonun ifrazı saat 00.00-dan 04.00-a kimi ən yüksək olur. Məhz bu səbəbdən cavan və sağlam qalmaq üçün insan bu müddət ərzində mütləq yatmalıdır.

Alimlər çox maraqlı təcrübə aparıblar – qoca siçanların orqanizminə melatonin hormonu daxil edilirdi. Nəticədə siçanların həyatı 20% uzanıb. Təbii ki, insanlarda belə təcrübələr aparmayıb. Lakin, məsələn, ABŞ-da bir çox yaşlı insanlar sağlamlığını saxlamaq və həyatını uzatmaq üçün yatmazdan əvvəl melatonin hormonu dərman şəklində qəbul edirlər.//saglamolun.az

Buna da baxın

Bu il dəbdə olan hörük modelləri

Whatsapp ilə PaylaşHəm qısa, həm də uzun saçları olduqca gözəl göstərən hörüyün təkrar dəbdə olduğu …