Əsas səhifə / Manşet / Menstruasiya zamanı istifadə ediləcək yeni vasitə- Flo
Bizi mobildən daha sürətli  izləyin

Menstruasiya zamanı istifadə ediləcək yeni vasitə- Flo

Efiopiyalı gənc qızlar menstrual dövrlərində çirklənmiş parçaları quyulardan çıxardıqları natəmiz suda, sabun işlətmədən yuyur və yataqlarının altında gizlətməklə ertəsi gün yenidən istifadə edirlər. Banqladeşdə isə qızlar aybaşı əskilərini yuyur, qurutmaq üçün küləş örtüklü damların arasına sıxışdırırlar ki, heç kim görməsin.

Büdcələri dar olan ailələrdə yetişkin qızlar əski parçalarından hazırlanmış pedləri natəmiz yollarla yuyur və qurudurlar. Bundan əlavə, sanitariya məhsullarını ala bilməmək və menstrual axıntının olması qorxusu çox qızların aybaşı dövründə məktəbdən yayınmasına, bəzən təhsili tamamilə yarıda buraxmağa vadar edir.

Qadınklubu.com-un xarici mediaya istinadən məlumatına görə, Kaliforniyanın Art Center Colledge of Design təhsil müəssisəsinin 3 tələbəsinin yeni icadı qızlara və qadınlara təkrar istifadəyə yararlı pedləri doğru şəkildə yumaq və qurutmaq imkanı verir. Mariko Higaki İvai, Sohyum Kim və Tatyana Vasilinin “Flo” adı verdikləri ucuz ixtiraları bu il dünyanın ən nüfuzlu dizayn müsabiqələrindən biri olan Beynəlxalq Üstün Dizayn Mükafatına layiq görüldü.

Dünyada qızların böyük əksəriyyəti birdəfəlik pedlərin yerinə, təkrar istifadəsi mümkün, əldə hazırlanmış menstrual vasitələrdən istifadə edirlər. Bəziləri üçün bu vasitələr pedlər və ya əski parçaları, digərləri üçünsə əl atlında olan hopdurma qabiliyyətinə malik istənilən vasitə: köhnə geyim, qəzetlər, hətta yarpaqlar belə ola bilər.

Menstruasiya tabusu güclü olan bölgələrdə qızlar çox zaman istifadə etdikləri vasitələri lazımi qaydada təmizləməyə və qurutmağa çəkinirlər, bununla da bakteriyalar üçün münbit şərait yaradır, xəstəliyə yoluxma risklərini artırırlar. “Flo” bu problemi həll etmək üçün hazırlanan məhsuldur.

Sadə mexanizm iki möhkəm plastik kasaya birləşdirilmiş səbətdən ibarətdir. Qızlar təkrar istifadəyə yararlı pedləri “Flo”nun içinə qoyur, su və yuyucu toz əlavə edirlər. Yuyucu toz əldə yuyacaqları halda istifadə edəcəkləri miqdarın yarısı qədər olur. Daha sonra “Flo”nu iki iplə fırlamağa başlayırlar. Pedlər təmizlənir və qurutma vaxtı qısalır. Qızlar səbəti istədikləri yerdən asa da bilərlər, çünki səbətin sarıldığı kətan materialı içərini göstərmir və günəş şüasının birbaşa düşərək bakteriyaları öldürməsini təmin edir. Məhsul dəstinə zip-zop çanta da daxildir. Çanrta qızlara pedlərini daşıma imkanı verir.

“Flo”nu icad edən şəxslər Yale Menecment Məktəbinin tələbələri ilə birlikdə bu vasitəni dünyanın hər yerində milyonlarla qızın istfadəsinə vermək üçün biznes planı üzərində işləyirlər. Dəstin qiyməti 3 ABŞ dollarından az olacaqdır. Bu isə paketin 60 sentə satıldığı Kenya kimi ölkədə çox uyğun qiymətdir. “Flo” menstruasiya dövründə məktəbə getmək və gigiyena seçimi qarşısında qoyulan qızlar üçün böyük əhəmiyyət daşıyacaq.

anike2_dd4d74cc3ff6d12ff29cc68db3adff4f

flo_drying_container_d35d0cdf81f86d984ed3ef4d6cb388f6

flo_pad_envelope_008caac0693d091bc51002625da771f3

flo_washing___1__a768cd61c188c1fc1d4b17c2ab664343

wordpress_spin_wash_combo_49f36067166454351066c6333477d761

Buna da baxın

“Özümü çox çirkin hiss edirəm”

Whatsapp ilə Paylaş “Özümü çox çirkin hiss edirəm” Bir çox qadın hər ay buna oxşar …