Əsas səhifə / Manşet / Menustrasiya ağrılarından təbii yollarla qurtulun
Bizi mobildən daha sürətli  izləyin

Menustrasiya ağrılarından təbii yollarla qurtulun

sancc

Qadın sağlamlığının əsas göstəricisi, hər ay normal şəkildə təkrarlanan menustral tsikldir. Lakin bəzi qadınlar, şiddətli ağrılar yaşadıqlarından, həmin dönəmi çətinliklə keçirirlər. Qadinklubu.com bu ağrılardan qurtulmaq üçün təbii yollar təqdim edir:

Darçınlı süd için

Düzgün qidalanma menustrasiya dönəminə əhəmiyyətli şəkildə təsir edir. Aparılan elmi araşdırmalara görə, kalsium çatışmazlığı olan qadınlar, bu dönəmdə daha çox sancılanır. İndi düşünün. Gündə neçə stəkan süd içirsiniz? Və ya nə qədər qatıq yeyirsiniz?

Menustrasiya dönəmi yaxınlaşanda, gündə iki stəkan darçınlı süd için. Bunun üçün bir stəkan südə, bir çay qaşığı darçın əlavə edib qarışdırın. Stəkanın birini səhər yeməyində, birini də gecə yatmazdan əvvəl için.

Qeyd: Darçınlı süd həmçinin qarın bölgəsindəki yağlardan qurtulmaq üçün möhtəşəm üsuldur. Beləliklə, həm menustral ağrılarınız azalacaq, həm də arıqlayacaqsınız.

Banan yeyin

Banan, tərkibindəki kalium sayəsində, əzələlərinizi rahatlaşdırıb, ağrılarınızı azaldacaq. Əgər mensutrasiya dönəmində ürəyiniz şirniyyat istəsə, banan yeyərək bu istəyi öldürə bilərsiniz. Həm ağrınız keçər, həm də kökəlməzsiniz.

Gündə bir ədəd banan yeyə bilərsiniz. Biz sizə məsləhət görürük ki, 1 kasa qatığa 1 ədəd dilimlənmiş banan, 1 çay qaşığı darçın əlavə edib yeyin. Bununla menustral ağrılarınız və şirniyyat istəyiniz əhəmiyyətli dərəcədə azalacaq.

Cəfəri yeyərək ağrılarınızdan qurtulun

Cəfəri, menustral ağrılarını azaldan ən yaxşı bitkilərdən biridir. Eyni zamanda, cəfərinin tərkibində olan kalsiyum və C vitamini, menustral tsikli qaydasına salacaqdır.

Hər səhər yeməyində və ya günün istəyiniz vaxtında 1 ovuc təzə cəfəri yeyin. Mütəmadi olaraq istifadə etsəniz, narahatlıq yaradan o ağrılardan əsər-əlamət qalmayacaq.

Hər gün yarım saat gəzin

Hər gün ən az 30 dəqiqə yeriməyi vərdiş halına gətirin. Bu zaman əzələləriniz inkişaf edər və menustrasiya zamanı yaşadığınız ağrılardan qurtularsınız. Bununla həm də, artıq çəkilərdən, ürək xəstəlikləri riskindən, diabet kimi xəstəliklərdən qorunmuş olarsınız.

Gündə 15 stəkan su için

Bu sizə çox kimi gələ bilər. Lakin menustral ağrıları kəsməyin ən yaxşı yolu, çoxlu su içməkdir. Çünki su, qan axımını yaxşılaşdırır, kirli qanın bədəndən xaric olmasıa kömək edir.

Ən əsası, həkimə getməyi unutmayın…