Əsas səhifə / Əsas menu / Sağlamlıq / Meyvə qabıqlarının bilmədiyimiz faydaları
Bizi mobildən daha sürətli  izləyin

Meyvə qabıqlarının bilmədiyimiz faydaları

Meyvə qabıqlarının bilmədiyimiz faydaları

y

Sən demə, meyvə və tərəvəzin, hətta bəzi bostan bitkilərini qabıqlı yemək daha faydalı imiş. El arasında mövcud olan bu fikir mütəxəsisslər tərəfindən də sübut olunub.

Meyvə və tərəvəzlərin qabığını – xüsusilə də yemək və salat hazırlayarkən soymaqla məhsulu vitamin deposundan məhrum edirik. Məsələn soğan. Soğanın qabığında kverstin adlı maddə var və bu maddə təzyiqi aşağı salır, soyuqdəyməyə xeyirlidir və ürəyin işini tənzimləyir. Soğanın qabığı həm də allergiya əleyhinədir.

Yemiş qabığı da əsl vitamin deposudur. Yemişin tərkibindəki amin turşuları qan dövranını yaxşılaşdırır, anemiyanı aradan qaldırır.

Qabığının faydası saymaqla bitməyən digər meyvə isə portağaldır. Portağalın qabığı həzm prosessini yaxşılaşdırır, dərini gözəlləşdirir. Eyni zamanda qabıqdan yanıq xəsarətlərinin aradan qaldırılmasında da məlhəm kimi istifadə etmək mümkündür. Lakin bu da son deyil. Portağal qabığı immuniteti möhkəmləndirməklə yanaşı, respirator xəstəliklərlə mübarizədə də çox effektivdir. Antibakterial olan portağal qabığı dişlərin ağardılmasında da istifadə oluna bilər.

Buna da baxın

Evdə hazırlayacağınız bu içkilər, sizi 9 kilo arıqladacaq

Whatsapp ilə PaylaşQadinklubu.com-un təqdim etdiyi bu reseptlərlə dadlı içkilər hazırlaya, bu içkilərlə sürətli şəkildə arıqlaya …