Əsas səhifə / Əsas menu / Praktika / Meyvə-tərəvəz və göyərtinin düzgün yuyulması
Bizi mobildən daha sürətli  izləyin

Meyvə-tərəvəz və göyərtinin düzgün yuyulması

uəMeyvə-tərəvəz və göyərtinin düzgün yuyulması

Vitamin və minerallar insanın sağlamlığı üçün olduqca vacib maddələrdir. Bu maddələr orqanizmdə gedən bütün proseslərdə iştirak edir.

Vitamin və mineralların uzun müddət ərzində çatışmazlığı müxtəlif pozulmalara səbəb olur. Qidalanmamızda vitamin və mineralların əsas mənbələrdən biri meyvə-tərəvəz və müxtəlif göyərtilərdir.

Meyvə-tərəvəz və göyərtinin insanın sağlamlığında olan rolu əvəzolunmazdır. Lakin meyvə-tərəvəzlərdən və göyərtilərdən fayda almaq üçün onları düzgün yumaq və təmizləmək çox vacibdir.

Göyərti

Pis yuyulmuş göyərtidən orqanizmə çoxlu miqdarda qurdların yumurtaları düşür. Yumurtalar göyərtilərin yarpaqlarına bərk yapışır və daha sonra orqanizmə düşür. Burada yumurtalardan qurdlar əmələ gəlir. Qurdlar orqanizmin fəaliyyətinə çox mənfi təsir edir – immun sistemini zəiflədir, allergik və s. xəstəliklərə səbəb olur.

Nəzərinizə çatdıraq ki, qurdaların yumurtaları göyərtilərə o dərəcədə bərk yapışır ki, onları su ilə yumaq çox çətindir. Duz və sirkə qurdların yumurtalarını öldürür.

Göyərtinin düzgün yuyulması çoxmərhələli prosesdir. Əvvəl göyərtini təmizləmək və 15-20 ərzində soyuq suda saxlamaq lazımdır (suyu bir neçə dəfə dəyişin). Daha sonra göyərtini axar suyun altında yaxşı yuyub 20 dəqiqə ərzində duz (1 l suya 1 çay qaşığı duz) və ya sirkə (1 l suya 1 xörək qaşığı sikə) əlavə olunmuş suda saxlamaq lazımdır. Sonda göyərtini yenə də axar suyun altında yumaq lazımdır.
Gül kələmi, kahı da bu qayda ilə yuyulmalıdır.

Meyvələr

Xarici ölkələrdən gətirilən meyvələr xüsusi emal olunur ki, gec xarab olsun. Onların üzərinə xüsusi maddə – parafin (mum) çəkilir. Məhz bu səbəbdən xarici meyvələrin üzərində heç bir ləkə və s. olmur, onlar daim parıltılı olur, uzun müddət ərzində təzə qalır.
Belə mum təbii deyil, kimyəvi maddədir. Bu kimyəvi maddə orqanizmdə yığılır və müxtəlif pozulmalara səbəb olur.

Meyvələrin üzərində olan mum hətta su ilə yuduqda getmir, bu səbəbdən belə meyvələrin qabığını təmizləmək lazımdır. Ən yaxşı variant isə – belə meyvələri yeməmək və xüsusilə uşaqlara verməməkdir. Yerli, təbii şəkildə yetişdirilmiş meyvələrə üstünlük verin.
Bütün meyvələri və giləmeyvələri (!) yedikdən əvvəl mütləq 15-20 dəqiqə ərzində soyuq suda saxlamaq, daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır. Meyvələri yumaq üçün xüsusi fırçalar var. Bu fırçalarla meyvələrin qabığını yüngül sürtmək lazımdır. Bu xüsusilə kivi, şaftalı, ərik kimi “tüklü” meyvələri yuduqda vacibdir.

Nar, banan, qarpız, yemiş kimi meyvələr də mütləq yaxşı yuyulmalıdır. Bu meyvələrin qabığının üzərində çoxlu miqdarda mikroblar yığılır ki, bu mikroblar bıçaqdan, əllərdən insanın orqanizminə düşə bilər.

Tərəvəzlər

Tərəvəzləri də mütləq əvvəl soyuq suda islatmaq (suyu bir neçə dəfə dəyişmək lazımdır), daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır.
Kartof, çuğundur, kök və s. kimi tərəvəzləri suda isladıqdan sonra fırça ilə yaxşı yumaq, daha sonra isə təmizləmək lazımdır.

Quru meyvələr

Quru meyvələri mütləq əvvəl soyuq suda islatmaq, sonra axar suyun altında yaxşı yumaq, süzgəcə qoyub üzərinə qaynar su tökmək lazımdır.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …