Əsas səhifə / Əsas menu / Pəhriz / Meyvəli su ilə ayda 5 kilo arıqlayın
Bizi mobildən daha sürətli  izləyin

Meyvəli su ilə ayda 5 kilo arıqlayın

f

Meyvəli su ilə ayda 5 kilo arıqlayın

Asanlıqla arıqlamaq, özünüzü daha sağlam və gümrah hiss etmək, sellülitlərdən xilas olmaq istəyirsiniz?

Son günlər hər kəs daha sağlam və gözəl olmaq üçün meyvəli su içməyə başlayıb. Meyvəli suyun detoks kimi effekt verdiyi və 1 ayda 5 kilo arıqlatdığı deyilir.

Meyvəli detoks suyunun hansı faydaları var?

* Şəkər və tərkibində çoxlu kimyəvi maddələr olan qazlı içkilərdən imtina etməyə səbəb olur.
* Tərkibində vitaminlər var
* Gündə ən azı 8 stəkan su içməlisiniz. Ancaq adi su içməyi çoxları xoşlamır. Meyvəli su içərək dadlı və ətirli olduğu üçün fərqində olmadan orqanizmi gündəlik su ehtiyacı ilə təmin edirsiniz.
* Dərinin nəm balansını qoruyur.
* Minerallarla zəngindir.
*Arıqlamağa kömək edir.
* Detoks effekti verir.
* Dəri, saç hüceyrələrini gücləndirir. Dırnaqların və dişlərin daha sağlam olmasını təmin edir.

Meyvəli su necə hazırlanır?

Ağız dadınıza uyğun mövsüm meyvələrinin hər birindən bir ədəd dilimləyin. Otaq temperaturunda olan bir litr suyun içərisinə tökün. Məsələn, bir ədəd kivini dilimləyib suya tökə bilərsiniz. Üzərinə isə bir dilim limon və bir az nanə əlavə etmək olar. Daha sonra suyu buzluğa qoyub 1 saat gözləyin. Hər gün üçün fərqli meyvələrdən meyvəli su hazırlaya bilərsiniz.

Meyvəli su içənlər çiyələk, kivi, moruq, böyürtkən, albalı, ananas, şaftalı və portağal kimi meyvələrə üstünlük verirlər. Kök və xiyar kimi tərəvəzlər də əlavə edə bilərsiniz. Hansı meyvələrdən istifadə etməyinizdən asılı olmayaraq suya mütləq limon qatın.

Buna da baxın

Kartofla saç uzada bilərsiniz?

Whatsapp ilə PaylaşKartofla saç uzada bilərsiniz? Saçlarınızın tez uzanmasını istəyirsinizsə kartof suyu kürünü mütləq tətbiq …