Əsas səhifə / Əsas menu / Gözəllik / Meyvə qabıqları üz dərisinə xeyirdir
Bizi mobildən daha sürətli  izləyin

Meyvə qabıqları üz dərisinə xeyirdir

 

woman fruit

Meyvələrin zibillliyə atdığımız qabıqları dəri və saç üçün faydalıdır. Meyvə qabıqları stres, siqaret və yuxusuzluq nəticəsində dəridə ölmüş, köhnəlmiş olan hüceyrələri bərpa edir. Qadinklubu.com dəri üçün əvəzedilməz faydaları olan meyvələri təqdim edir.

Banan qabığı sızanaqların düşməni

Banan qabığl dərini ağartmağa kömək edir. Sızanaqlı və yağlı dərilərdəki qüsurları azaldır. Maqnezium və kalium olaraq zəngin olan banananın köhnəlmişi daha yaxşı təsir edir. Əvvəlcə bananı yeməmişdən əvvəl yaxşı yuyub sonra soyun. Banan qabıqlarını 10 dəqiqə əzdikdən sonra blendirdən keçirin. Əldə edilən püreni bir neçə damcı qaysı çəkirdəyi yağı əlavə edib hər gün istifadə edin. Evdə sızanağı olan gənclər varsa, banan qabığından istifadə etsin. Banan ilə hər gün 5-10 dəqiqə dərinizi ehmalca masaj edin. Sonra isə üzünüzü yuyun. Başqa bir banan qabığı ilə sabahısı gün eyni masajı edin.

Portağal qabığı suyu

Portağalın qabığını incə-incə doğrayıb axşamdan ilıq suya qoyun. Ertəi gün su ilə üzünüzü yuyun və su üzünüzdə qurusun. Sonra iə bir neçə damcı nar çəyirdəyi yağı ilə dərinizi masaj edin. Portağalın qabığı ölü dəri hüceyrələrini təmizləyir. Dərini rahatladır və üzdəki kiri aradan götürür. 1 ay ərzində gündə 1 dəfə tətbiq etdikdən onra ağ və parlaq bir görünüş əldə edəcəkiniz. Qabıqları blenderdən keçirib əldə etdiyiniz püreni, süd və bal ilə qarışdırıb dərinizə sürtün. Yağlı dərindəki dəlikləri kiçildir. Yağ miqdarını tənzimləyir. Yumşaq, hamar və gənc dəriyə sahib olacaqsınız.

Saç tökülməsinə alma qabığı

Bir çox insanın saçında problem var. Xüsusilə saç tökülməsi əsas problemdir. Tökülmənin qarşısını almaq və saçın çoxalması üçün alma qabığından istifadə edin. Qabıqları 15-20 dəqiqə isti suya qoyun və 1 gecə gözləyin. Ertəsi gün saçınızı yuduqdan onra hazırladığınız su ilə durulayın. Yaarım saat gözləyin, yenidən həmin su ilə saçlarını yuyun.

Buna da baxın

Saç artıran möcüzəvi qarışım

Whatsapp ilə Paylaş  Saç tökülməsi kişilər və qadınların ortaq  problemləridir. Səbəbləri fərqlidir, stress, gündəlik həyatda …