Əsas səhifə / Manşet / Mikada tortu
Bizi mobildən daha sürətli  izləyin

Mikada tortu

Tərkibi:

  • 480 qr un
  • 200 qr kərə yağı
  • 300 qr xama- 22-25 %-li
  • 100 qr şəkər tozu
  • 10 qr vanil
  • 5 qr qabartma tozu
  • 1 qr duz

Krem:

  • 200 qr kərə yağı 82%-li
  • 350 qr karamel sousu və ya qatılaşdırılmış süd
  • 200 qr xama 30 %-li
  • 10 qr kakao

Üzəri üçün:

  • 80 qr- biskivitin artıq kəsilmiş kənarları
  • 50 qr qara şokalad
  • 10 qr kakao

Hazırlanması:

Bir qabda unu qabartma tozu və duzla qarışdırırıq. Digər qabda otaq temperaturunda yumşaldılmış kərə yağı, vanil, xama və şəkər tozunu qarışdıraraq, üzərinə öncə hazırladığımız unu əlavə edib, yoğururuq. Xəmiri 9 hissəyə bölüb, 1 saat soyuducuda saxlayırıq. Çıxardıqdan sonra yayaraq, bişirəcəyimiz tavanın ölçüsünə uyğun həddə çatdığında siniyə kalka sərib üzərində 190 dərəcəlik sobada 10-12 dəqiqə bişiririk. Bişdikdən sonra tavanın ölçüsünə uyğun formada kənarlarını kəsirik. Bütün xəmirləri eyni qayda ilə bişiririk. Artıq qalan hissələri isə soyuducuda bir salafanda saxlayırıq.

Kremin hazırlanması:

Otaq temperaturunda yumşaldılmış kərə yağı, karamel sousu, kakao və xamanı da əlavə edib, bir maddə halına gələnə qarışdırın.

Üzəri üçün:

Artıq qalan biskivit kənarlarını vərdənə vasitəsilə salafanın daxilində ovuntu halına gələnə kimi əzin. Üzərinə sürtgəcdən keçirilmiş qara şokalad və kakaonu əlavə edin.

Hazırladığınız biskivitlərin arasına krem çəkərək üst-üstə yığın. Üzərini və kənarlarını kremləyin. Daha sonra hazırladığınız ovuntunu üzərinə və kənarlarına səpin. Tortu 4 saat otaq temperaturunda saxladıqdan sonra, soyuducuda saxlayın.

Nuş olsun!

Qeyd: Hər 100 qr-405 kkal möcuddur.

Buna da baxın

Şokoladlı kinder tortu

Whatsapp ilə PaylaşTərkibi: 4 yumurta 175 qr un 225 qr şəkər pudrası 225 qr kərə …