Əsas səhifə / Əsas menu / Xəbər / “Milliyet” Xoşqədəm Hidayətqızından manşet xəbəri verdi
Bizi mobildən daha sürətli  izləyin

“Milliyet” Xoşqədəm Hidayətqızından manşet xəbəri verdi

“Milliyet” Xoşqədəm Hidayətqızından manşet xəbəri verdi

img1656925

Türkiyədə çıxan “Milliyet” qəzeti azərbaycanlı jurnalist Xoşqədəm Hidayətqızının rast olduğu hadisə haqqında manşet xəbəri yayıb. Qəzet X.Hidayətqızını “Azərbaycanın Mügə Anlısı” adlandıraraq qeyd edir ki, azərbaycanlı televizyonçu Türkiyədə “girov” götürülən azərbaycanlı gəncin axtarışı üçün İstanbula gəlib və burada sıradışı bir hadisə ilə üzləşib. Belə ki, “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqizi Bakı sakini Kamran Məmmədzadəyə proqramında yer verib və həmin şəxs verilişdə iştirak edərək “Səni axtarıram” verilişindən kömək istəyib. 23 yaşlı K. Məmmədzadə qumarda 50 min Türkiyə lirəsi (19 200 AZN) uduzduğu üçün girov saxlanıldığını bildirib. Bundan sonra Azərbaycanın Türkiyədəki baş konsulluğu Türkiyə polisinə müraciət edib və onlar “zərərçəkən”in yerini müəyyən ediblər. Polis K.Məmmədzadə oteldə rus qadınla əylənərəkən tutub.
“Milliyet” yazır ki, “Səni axtarıram” verilişinin komandası əməliyyatı lentə almaq üçün İstanbula gedib və “girovluqdan azad ediləsi şəxsin rus qadınla əylənməsi olayından xəbər tutaraq şoka düşüb. K.Məmmədzadə deyib ki, o, pullarını qumarda uduzduqdan sonra ailəsinə yalan danışmağa məcbur olub.


azerbaycan-in-muge-anli-si-kayip-azeri-genci-6596731_5940_m

Buna da baxın

Aygün Kazımova Kutsi ilə qohum çıxdı – Video

Whatsapp ilə PaylaşAygün Kazımova Kutsi ilə qohum çıxdı – Video Bütün işlərini Türkiyədə reallaşdırıb Azərbaycan …