Əsas səhifə / Manşet / Mimoza salatı
Bizi mobildən daha sürətli  izləyin

Mimoza salatı

Tərkibi:

  • 250 qr konservləşdirilmiş balıq
  • 5 yumurta
  • 100 qr pendir
  • 1 ədəd yaşıl soğan
  • 20 qr kərə yağı
  • Mayonez

Hazırlanması:

Balığı çəngəllə əzirik. Yağı soyuducuda dondururuq. Soğanı incə doğrayırıq. Pendiri sürtgəcdən keçiririk. Yumurtaların ağını və sarısını ayrı-ayrı sürtgəcdən keçiririk. Servis boşqabına yumurtanın ağının yarısını  yayırıq. Üzərinə pendiri səpirik. Daha sora balığı yayıb az miqdarda mayonez çəkirik. Yağı sürtgəcdən keçirərək mayonezin üzərinə səpirik. Daha sonra soğanı və balığı səpib mayonezləyirik. Üzərinə isə yumurta ağını səpərək üzərini mayonezləyirik. Mərkəzinə qab qoyaraq kənarlarına yumurta sarısını səpirik. Üzərini zövqünüzə görə bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun!