Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Salatlar / Mimoza salatının hazırlanması və bəzədilməsi
Bizi mobildən daha sürətli  izləyin

Mimoza salatının hazırlanması və bəzədilməsi

39098_0

Tərkibi:

3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
zövqə görə duz
6 qaşıq xama + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
Holland pendiri

Hazırlanması:

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.

Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Soyuduqdan sonra , bıçaqla uzunsov doğrayın və ya əlinizlə didin.
2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
3. Hazırladığınız ərzaqları üst-üstə ardıcıllıqla, aralarına duz və mayonez+xama qatışığını əlavə edərək düzün.
4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə sürtgəcdən keçirilmiş holland pendiri səpin.

Nuş Olsun!

maxresdefault

 

 

9d89e83d804f2152dd31083213f5aedb_7227