Əsas səhifə / Manşet / Mimoza tortu
Bizi mobildən daha sürətli  izləyin

Mimoza tortu

Tərkibi:

(Eyni miqdarda ərzaqla 2 biskvit hazırlayın)
  • 4 yumurta
  • 125 qr un
  • 125 qr şəkər tozu
  • ½ limon qabığı
  • 1 ç/qaşığı qarğıdalı nişastası

Krem üçün:

  • 500 ml süd
  • 4 yumurta sarısı
  • 120 qr şəkər tozu
  • 50 qr un
  • 1 paket vanil
  • 10 qr jelatin
  • 70 ml su və ya ananas siropu
  • 50 qr kərə yağı
  • 250 ml qaymaq 35 %-li
  • 30 qr şəkər pudrası
  • 560 qr konservləşdirilmiş ananas (340 qr ananas, 220 qr sirop)

Hazırlanması:

Yumurtaları çırpırıq. Az-az şəkər tozunu əlavə edirik. Una 1 ç/qaşığı nişasta əlavə edərək qarışdırırıq. Sürtgəcdən keçirilmiş limon qabığını əlavə edirik. Bu ətrinə görədir. Əgər istəməsəniz əlavə etməyə bilərsiniz. Unu ələkdən keçirərək qarışıma əlavə edərək qarışdırın.24 sm diametrli siniyə yağlı kağız sərib qarışımı tökürük. Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada 40 dəqiqə bişiririk. Soyuduqdan sonra sinidən çıxarın. Biskviti üç hissəyə bölün. Eyni ərzaqlarla digər biskviti də hazırlayın.

İki mərkəzi biskviti bəzək üçün ayırırıq. Həmin biskvitlərin birini kiçik kub şəklində kəsirik. Digər biskviti 18 sm diametr həcmində kəsdikdən sonra artıq qalan kənarlarını da digər biskvit kimi kub şəklində kəsirik. Kənar hissələri rəngi ağ olmadığına görə ayırırıq.

Kremin hazırlanması:

Una soyuq süd əlavə edərək qarışdırırıq. Qalan südü və vanili qazana əlavə edərək ocağa qoyuruq. Yumurta sarısını şəkərlə qarışdırırıq. Unla südün qarışımını əlavə edirik. İsti südü yumurtalı qarışıma az-az əlavə edərək qarışdırırıq. Yenidən bütün məhlulu qazana əlavə edib qaynayana qədər qarışdıraraq ocaqda bişiririk. Kərə yağını əlavə edərək əriyənə qədər qarışdırın. Kremin üzərini örtərək otaq temperaturunda soyudun.

Ananası kub şəklində doğrayın. Ananas siropu ilə jelatini qarışdırın. Sonra jelatini ilıq kremə əlavə edərək qarışdırın. Qaymağı qarışdırın. Şəkər pudrasını əlavə edib qarışdırmağa davam edin. Qarışımı kremə əlavə edərək qarışdırmağa davam edin. Ananas siropunu ilə biskvitə çəkin. Daha sonra krem çəkərək anansları düzün. Daha sonra digər biskvitləri düzün. Sonda 18 diametrli biskviti qoyaraq yarım saat soyuducuda gözlədirik. Kremin donmaması üçün ağzını bağlayaraq ilıq suda saxlayın. Yarım saatdan sonra üzərini və kənarlarını kremləyin. Biskvitdən hazırladığınız kub şəkilli formalarla üzərini bəzəyin. Üzərinə şəkər pudrası səpərək 4 saat soyuducuda gözlətdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Qarışqa yuvası

Whatsapp ilə PaylaşTərkibi: 500 qr un 250 qr kərə yağı 100 qr şəkər tozu 2 …

3 Şərhlər

  1. tesekkur edirem resepte gore, lakin bilmek isteyrdim ki nisasta olanda qabartma tokmuruk?

    • Xeyr Xanım. nişasta qabartma tozunun əvəzləyicisi deyil. Nişasta sadəcə xəmiri daha xəfif edir.

  2. bes axi qabartma tokmemisiz nece olur anlamdim, hec bir kopdurucu yoxdurmu bu biskvitde?
    onceden tesekkur edirem