Əsas səhifə / Manşet / Min bir dərdin dərmanı
Bizi mobildən daha sürətli  izləyin

Min bir dərdin dərmanı

f

Balın əvəzsiz qida maddəsi olması hamıya məlumdur. Bal həm də müxtəlif xəstəliklər zamanı müalicəvi məqsədlərlə geniş istifadə olunur.
1. Ağ turpun içini ovub içinə bir qaşıq bal tökün. Turpu stəkanın ağzına yerləşdirin. Stəkana süzülən balı döş ağrıları, soyuqlama, öskürək zamanı gündə 2 dəfə 1 xörək qaşığı qəbul edin.

  1. 300 q bal, 100 q aloe, 500 q xırdalanmış qoz ləpəsini qrışdırıb kolit, qastrit və öd kisəsinin iltihabi xəstəliklərində 1ay ərzində gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 x. q. qəbul edin.

  2. 1 kq qara qarağatı ət maşınından keçirib 1kq balla yaxşıca qarışdırın. Qara ciyər xəstəlikləri zamanı 1ay ərzində gündə 3 dəfə 1 ç. q. yeməkdən əvvəl qəbul edin.

  3. 1 x. q. bal, 1 x. q. çobanyastığı, 1 x. q. nanəni yarım litr qaynar suda 1saat saxladıqdan sonra süzüb bal əlavə edin. Qarışığı sinir sistemi xəstəliklərində gündə 3 dəfə 1 x. q. qəbul edin.