Əsas səhifə / Manşet / Min bir dərdin dərmanı
Bizi mobildən daha sürətli  izləyin

Min bir dərdin dərmanı

Min bir dərdin dərmanı

Min bir dərdin dərmanı balıq

Ləzzəti ilə gündəlik həyatda süfrəmizi bəzəyən balıqlar bir çox xəstəlik üçün şəfa mənbəyidir

Harvard Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri haqqında apardıqları tədqiqatlar balığın insan bədəninə faydalarını ortaya çıxardı.

Araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36% azaltdığını ortaya qoyur. Mütəxəssislər sağlam bir həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət görür. Balıq zülal, D vitamini və mikroelementlər baxımından mükəmməl qida qaynağıdır. Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların yaxşılaşmasını təmin edir. Sağlam diş və diş ətinə faydalıdır. Dəri rəngini gözəlləşdirir. Saçların daha dayanıqlı olmasını təmin edir.

Bakterial infeksiyalarda müqaviməti artırır. Qandakı xolesterini nizamlayaraq ürək tutmalarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Şəkər xəstəliyinin müalicəsində istifadə edilir. Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir.
Qlaukoma (göz içində təzyiqin artması səbəbi ilə meydana gələn korluq) müalicəsində faydası var.


 

Buna da baxın

Dəmirlə zəngin qidalar

Whatsapp ilə Paylaş Dəmir bədənimizin ən çox ehtiyac duyduğu bir vitamindir. Xüsusilə qan və sümük …