Əsas səhifə / Manşet / Minestrone (İtalyan mətbəxi)
Bizi mobildən daha sürətli  izləyin

Minestrone (İtalyan mətbəxi)

hh

Minestrone – italyan mətbəxinin ənənəvi şorbasıdır. O, tərəvəz və göyərtidən hazırlanır, amma toyuq və ya ətdən də istifadə etmək olar.

Tərkibi:

Pomidor – 3 ədəd

Kartof – 2 ədəd

Tərəvəz bulyonu – 1.4 l

Kələm – 100 q

Kök – 1 ədəd

Lobya (ağ) – 70 q

Yaşıl noxud – 50 q

Kərəviz (kökü) – 1 ədəd

Soğan – 1 ədəd

Sukini – 1 ədəd

Fiqurlu əriştə – 2 xörək qaşiği

Sarımsaq – 1 diş

Tomat pastası – 1 xörək qaşiği

Reyhan – 2 şaxə

Cəfəri – 2-3 şaxə

Zeytun yağı – 1 xörək qaşiği

Qara istiot (döyülmüş) – zövqə uyğun

Duz – zövqə uyğun

Hazırlanması:

Lobyanı bir neçə saat əvvəldən islatmaq, sonra üzərinə soyuq su əlavə edib bişirmək və suyunu süzmək.

Bütün tərəvəzləri xırda kub şəklində kəsmək, göyərtiləri doğramaq, sarımsağı xırda döymək.

Zeytun yağını qazanda qızdırmaq, soğanla sarımsağı əlavə etmək, zəif odda beş dəqiqəyə yaxın müddətdə qızartmaq. Doğranmış kök, sukkini, kərəviz əlavə edib, daha beş dəqiqə qızartmaq. Pomidor, lobya, tomat pastası əlavə edib, üzərinə bulyonu süzmək və bir saata yaxın qaynatmadan bişirmək.

Şorbanın daha doyumlu dada malik olması üçün üzərinə sürtgəcdən keçirilmiş parmezan (pendir növü) səpmək olar.