Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Möhtəşəm dad- Buritto
Bizi mobildən daha sürətli  izləyin

Möhtəşəm dad- Buritto

12214_Chicken-Buritto

Möhtəşəm dad- Buritto

Tərkibi:

6 əd. lavaş
400 qr. toyuq filesi
200 qr. düyü
2 baş soğan
3 əd. bolqar bibəri
4 əd. pomidor
150 qr. holland pendiri
göyərti (zövqə görə)
1-2 xör.qaş.- ketçub
duru yağ, duz, istiot

Hazırlanması:

Fileni xırda doğrayın, yağ tökülmüş tavada 10 dəq. qovurun, duz, istiot əlavə edin. Doğranılmış pomidoru, bibərı, soğanı, ketçupu əlavə edib qarışdırın. Tavanın qapağını qapayıb zəif odda daha 5-10 dəq. bişirin. Soyuduqdan sonra alınmış kütləyə bişmiş düyü (düyünü qaynadıb suyunu süzün), sürtgəcdən keçirilmiş pendir, göyərti əlavə edin. Lavaşların arasına qoyub pendirin əriməsi üçün mikrodalğalı sobada (yaxud da adi sobada)daha 5-10 dəq. saxlayın.

NUŞ OLSUN!

Buna da baxın

İçi doldurulmuş bolqar bibəri turşusu

Whatsapp ilə Paylaş İçi doldurulmuş bolqar bibəri turşusu Tərkibi: -2 kq yaşıl bolqar bibəri -0,5 …