Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Möhtəşəm Kiyev kotleti- FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Möhtəşəm Kiyev kotleti- FOTORESEPT

Möhtəşəm Kiyev kotleti-FOTORESEPT

Tərkibi:

-Toyuq sinəsi
-Kərə yağı
-1 çay qaşığı mayonez
-1 çay qaşığı xardal
-1 diş sarımsaq
-1 yumurta
-bir az süd
-suxari ovuntusu

Hazırlanması:

Toyuq sinəsinin artığını kəsirik, böyük hissəni ortadan kitab kimi kəsib, açırıq və döyürük.

kievski-kotlet-toyuq-dosu-doyulur
Sousu hazırlayırıq bunun uçun:
Mayonez,sarımsaq, xardal, duz və istiotu qarışdırırıq.

kievski-kotlet-sousu

Sousu sinəyə çəkirik.

kievski-kotlet-dos-eti-uzerine

Sinədən kəsdiyimiz artıq parçanı da döyürük və içinə kibrit qutusunun yarısı qədər yağ qoyuruq.

kievski-kotlet-dos-eti-uzerine-yag

Büküb sinənin içinə qoyuruq.

kievski-kotlet-dos-eti-bukuruk

 

Sonra sinəni bükürük.

kievski-kotlet-bisirmek

 

Sinələri yarım saatlıq buzxanaya qoyuruq ki, içindəki yağ donsun. Yarım saat sonra 1 qabda yumurta və südü çalırıq. Digər bir   qaba isə suxari tökürük. Kotletləri birinci süddə hər tərəfli isladırıq, sonra suxari olan qaba qoyuruq. Bu prosesi 2 dəfə təkrarlayırıq.

kievski-kotlet-suxarisi

 

Kotletləri 220°C qızmış sobada 45 dəqiqə və ya üstü qızarana kimi bişiririk.

9dcd7aef5a1622734_413946622042269_473211769_n

 

Nuş olsun!

 

Buna da baxın

Pendirli toyuq kotleti resepti

Whatsapp ilə Paylaş  Tərkibi: 1 kilo çəkilmiş toyuq əti (hinduşka əti də ola bilər) 2 …