Əsas səhifə / Əsas menu / Gözəllik / Möhtəşəm saçlar üçün 10 qızıl qayda
Bizi mobildən daha sürətli  izləyin

Möhtəşəm saçlar üçün 10 qızıl qayda

 

1- Saçınızı fensiz qurudunmöhtəşəm saçlar üçün 10 qızıl qayda

Saçlarınızın  da bir az istirahətə ehtiyacı var. Saçlarınızı  yuduqdan sonra təmiz dəsmalla nəmini aldıqdan sonra öz-özünə qurumasını gözləyin. Qurutmaq üçün məcbur olmadığınız təqdirdə fendən istifadə etməyin.

2- İstiliyi azaldınmöhtəşəm saçlar üçün 10 qızıl qayda.jpg,

Saçlarınızı düzləşdirmək istəyirsinizsə, bunu saçınıza çox ziyan vermədən edin. Saç düzləşdiricinizin istiliyini ən üst səviyyədə deyil də, mümkün qədər az istilikdə istifadə edin. Davamlı istiliyə məruz qalan saçlar bir müddətdən sonra  kimyəvi pozuqluğa məruz qaldığı  üçün elastikliyini itirir və mat bir görünüş ortaya çıxar.

3- Saçınızı daramayın, fırçalayınmöhtəşəm saçlar üçün 10 qızıl qayda.jpg]

Saç tökülməsinin azaltmaq üçün fırçalama zamanı geniş uclu bir fırça istifadə edin. Nəm  saçlarınızı əsla sərt daramayın və saçlarınızı daraq yerinə fırça ilə şəkilləndirin. Buruq və quru saçların qırılma ehtimalı daha çoxdur. Saçlarınızı yüngül hərəkətlərlə fırçalamaq və ya daramaq daha az zərər verir.

4- Şlyapa geyinin möhtəşəm saçlar üçün 10 qızıl qayda.jpgc

Günəşin saçları qurutduğu elmi olaraq sübut edilmişdir. Geyinəcəyiniz geniş bir şlyapa, yalnız üzünüzü deyil, saçlarınızı və saç dərinizi də nəm itkisindən qorumağa kömək olar.

5- Zülal qəbul edin möhtəşəm saçlar üçün 10 qızıl qayda.jmm-g

Siz nə yesəniz, saçınız da ondan qidalanır. Zülal saçın quruluşunda əhəmiyyətlidir, çünki saçlar  keratin zülalından meydana gəlir. Yəni zülal  kifayət qədər deyilsə, saçlarınız da cansız olacaq. Ehtiyacınız olan bir digər qida maddəsi isə dəmirdir. Qadınlardakı saç tökülmələrinin əhəmiyyətli bir qisimi dəmir əskikliyindən qaynaqlanır. Belə bir vəziyyətdə bədəndəki dəmir nisbətini yoxlatdırmaqda  fayda var.

6- Maska edinmöhtəşəm saçlar üçün 10 qızıl qayda.jmmpg.jpmg

Hər həftə bir dəfə saça maska etmək bütün dermatoloqların ortaq təklifidir. Tətbiq edəcəyiniz maska saçınızın itirdiyi nəmi parlaqlığı geri qazanmasını təmin edəcək.

7- Hər 6 həftədə bir saçlarınızı uclarından kəsdirinmöhtəşəm saçlar üçün 10 qızıl qayda.jpgm

Saçları uclarından nizamlı olaraq kəsdirmək, sağlam saçlara sahib  olmağın bir nömrəli qaydasıdır. Çünki saç ucları nə qədər quru və qırıqdırsa uzanması da  o qədər yavaşlayır. Eyni zamanda nizamlı olaraq  saçların kəsilməsi saç qıranların da azalmasını təmin edir.

8- İsti duş almayınmöhtəşəm saçlar üçün 10 qızıl qayda.jpgj

Saçların parlaqlığını qorumaq üçün soyuq ya da isti su yerinə ilıq suyla yuyulmalıdır. Əks halda saçın təbii parlaqlığı pozula bilər.

9- Mövsümlərə görə rəftarmöhtəşəm saçlar üçün 10 qızıl qayda.jmmpg.jpmmmg

Saçları qorumaq üçün növbənöv qulluq  kremləri vardır. Ancaq saçları qorumağın bir yolu da bu məhsulları doğru zamanda istifadə  etməkdir.

10- Xroniki bir problem varsa, dermatoloqla müraciət edinmöhtəşəm saçlar üçün 10 qızıl qayda.jmmpg

Saçlarınız kəpəklənir və istifadə edilən şanpunların belə təsiri yoxdursa, beləolan halda mütləq dermotoloqa müraciət edilməlidir.

Buna da baxın

Saç uzadan möcüzəvi qarışım

Whatsapp ilə Paylaş Tərkibi 3 damla limon suyu 1 yemək qaşığı xına 1 ədəd yumurta …