Əsas səhifə / Əsas menu / Gözəllik / Mükəmməl gəlin makiyajı üçün bunlara diqqət edin
Bizi mobildən daha sürətli  izləyin

Mükəmməl gəlin makiyajı üçün bunlara diqqət edin

mkəmməl gəlinmmakiyajı üçün diqqət edilməli məqamlar
Həyatınızın ən xüsusi günündə mükəmməl görünmək istəmək ən təbii haqqınızdır. 

Bütün baxışlar üzərinizdə olacağı üçün makiyajınız da təqdirəlayiq  olmalıdır. Bir çox gəlin bu xüsusi gün üçün gündəlik makiyajının xaricində daha ağır və qalıcı makiyaj istər. Toydan geriyə qalacaq fotoqraflarınızda özünüzü olduğunuz  kimi canlı və zadəgan olmaq istəyirsinizsə, ağır makiyaj qurbanı olmayın. Hər gəlin xüsusidir və hər gəlin mükəmməldir. İlk əvvəl stressi buraxın və o gecə hər vəziyyətdə möhtəşəm görünəcəyinizə inanın.

Bunları nəzərə alaraq Qadinklubu.com olaraq sizlərə mükəmməl makiyaj üçün diqqət eməli olduğunuz incə məqamların siyahısını təqdim edirik:

  • İlk etapda dəri problemləriniz varsa, aylar əvvəl cildinizin müalicəsinə başlamalı və dəri problemlərinizdən xilas olmalısınız. Parlaq bir dərinin ilk qaydası təbii ki, təmiz bir dəridir.

  • Dərinizə uyğun məhsulları nizamlı istifadə edərək, cildinizə lazım olan diqqəti göstərməlisiniz.

  • Toydan 2 ay əvvəl makiyaj edəcəyiniz salona gedərək makiyaj etdirərək, sizə yaraşıb yaraşmayacağına əmin olun. Dəriniz allergiyalıdırsa, öz makiyaj vəsaitlərinizi aparmağı unutmayın! Əgər nəticədən razı qalmazsanız vaxt itirmədən fərqli bir salona müraciət edin.

  • Vizajistiniz sağlam və keyfiyyətli məhsullardan istifadə edən professional biri olmalıdır.

  • Vizajistinizi toy məkanı, toyun tərzi, gəlinliyinizin modeli və rəngi, şəkil çəkiləcək yerlərdəki işıqlandırma və saç modeliniz mövzularında məlumatlandırmalısınız. Bütün bu detallar makiyajınızın rəngləri və tərzini təyin edən başlıca amillərdir.

  • Vizajistinizə xəyallarınızdakı  makiyajı və sizə yaraşdığını düşündüyünüz tərzi də izah edin. Amma bir professional olaraq onun tövsiyələrini nəzərə alın!

  • Tətbiq edəcəyiniz rənglərdə saç və bədən rənginiz də əhəmiyyətlidir!

  • Duyğusal anlarda  öz yaşlarınıza hakim olamaya bilərsiniz. Bu səbəbdən suya davamlı tuş və digər məhsulları  istifadə edin.

  • Makiyajınızda qaş şəkliniz əhəmiyyətlidir. Aylar əvvəl qaşlarınızı şəkilləndirməyə başlamalısınız.

  • Toy şəkillərində ecazkar və təbii  görünmək istəyirsinizsə, almacıq sümüklərinizin üstünə hər zaman istifadə etdiyinizdən daha tünd bir ənlik istifadə edin.

  • Göz makiyajınız diqqət  mərkəzində  olmağızı təmin edər. Makiyajın ən diqqət çəkici bölgəsidir. Bu bölgəyə tətbiq olunacaq makiyajın çox tünd olmamasına diqqət edin.

  • Parlaq rənglər yerinə mat rənglər istifadə etməlisiniz.

  • Əla və hamar dərinin sirri doğru tonal krem ​​seçimidir. Boynunuzun rəngində, doğru tonda tonal krem seçim  etməlisiniz.

  • Təsiredici baxışlarla qonaqları ovsunlamağa nə deyərsiniz? Çox böyük və gur kirpiklərdən bəhs edirəm. Tək istifadəlik taxma kirpiklər işinizi görə bilər. Amma mənim təklifim təxminən 2 ay qədər qalan bal ayında da həyatınızı qurtaracaq ipək kirpiklər!

  • Dodaq boyanızın daha qalıcı olması üçün dodaq qələmi köməyi ilə dodaqlarınızı kontur çərçivələdikdən sonra dodaq boyanızı çəkin. Dodaqlarınız həm daha dolğun görünüş qazanacaq, həm də dodaq boyanız daha uzun müddət silinməyəcək.

  • Pomada seçiminizdə qalıcı olanları seçin. Bundan əlavə dodaq boyası çəkməmişdən əvvəl dodaqlarına pudra çəksəniz, dodaq boyanız daha uzun müddət qalacaq.

  • Toyda makiyajınızı yeniləmək lazım olacaq. Yaxın rəfiqənizə  makiyaj çantanızı əmanət edin. Çantanızda makiyajınızda istifadə etdiyiniz vəsaitləri və ətirinizi qoymağı unutmayın.