Əsas səhifə / Əsas menu / Gözəllik / Mükəmməl makiyaj üçün: Üzünüzü tanıyın
Bizi mobildən daha sürətli  izləyin

Mükəmməl makiyaj üçün: Üzünüzü tanıyın

 

yuzunuzu-taniyin2cad21b3a9dffa08b6de

Düzgün makiyaj etmək istəyirsinizsə, işə ilk öncə üz formanızı tanımaqla başlamalısınız.

OVAL: Günlük tonal kreminizi tətbiq edin. Alnınızın ortasına və çənənizə işıqlandırıcı tətbiq edib, üz xəttlərinizi ortaya çıxarın. Ənliyi almacıq sümüklərinizin üzərinə, yuxarı istiqamətə doğru tətbiq edin.

YUVARLAQ: Günlük tonal kreminizi tətbiq edin. Dərinizin 1 ton tünd rəngində bir tonal kremi alnınıza, almacıq sümüklərinizə və yan çənə sümüklərinizə tətbiq edin. Alnınızın ortasına və çənənizə işıqlandırıcı tətbiq edin.Ənliyi almacıq sümüklərinizin altından alnınıza doğru tətbiq edin.

KVADRAT: Çənə sümüklərinizin və alnınızın yanlarına tünd rəng bir tonal krem ​​tətbiq edin. Alnınızın ortasına və çənənizin ucuna işıqlandırıcı tətbiq edib, qulaqlarınıza doğru yedirin. Yanaqlarınızın ortasına sıx bir şəkildə ənlik tətbiq edin.

ÜRƏK: Almacıq sümüklərinizin altına və burnunuzun yanları boyunca normalda istifadə etdiyinizdən 1 ton tünd rəngdə bir tonal krem ​​tətbiq edin və yedirin. Alnınızın mərkəzinə və almacıq sümüklərinizin üzərinə ənlik tətbiq edin.

 

 

Qadinklubu.com

Buna da baxın

Makiyajla “cool” görünmək üçün 6 məsləhət

Whatsapp ilə Paylaş Hər qadın özünü gözəl hiss etmək istəyir. Gün ərzində baxımlı görünmək üçün …