Əsas səhifə / Manşet / Münasibətlərdə ehtirası artırmağın yolları
Bizi mobildən daha sürətli  izləyin

Münasibətlərdə ehtirası artırmağın yolları

man and woman

Adətən cütlüklər bir müddət sonra bir-birindən uzaqlaşırlar.

Belə olduqda sevginin, ehtirasın itməsinə icazə verəcəksiniz? Əlbəttə ki, xeyr! Qadinklubu.com olaraq sizə verəcəyimiz bəzi məsləhətlər, münasibətinizin ehtiraslı olmasını təmin edəcək.

Cütlüklərin bir müddət sonra bir-birinləri olan sevgisinin itdiyi, azaldığı hamıya məlumdur. Çünki artıq bir-birlərini tanıma, tanıtma müddəti keçib. Lakin niyə də bir-birini sevən, ehtiraslı cütlük olmayasınız?

Bu fikir sizin də xoşunuza gəlibsə oxuyacağınız məsləhətləri elə bu axşamdan tətbiq edin.

Sirrinizi paylaşın

Sevdiyiniz şəxsə əvvəllər heç kimə etiraf etmədiyiniz bir sirriniz deyin. Qaranlıq tərəfləri olan bir etiraf olması lazım deyil, qurduğunuz xəyallar belə ola bilər. Sizin həaytınız, xasiyyətiniz, planlarınız barədə bilmədikləri olduğunu gördükdə, sizə qarşı olan marağı artacaq.

Erotik axşam yaradın!

Nə vaxt birlikdə olacağınızı bilmədiyiniz günlər keçib. Maraq və gözləntilər, həyəcan hissi də azalıb. Zamanla bir az geri getməyə nə deyirsiniz?

İkiniz üçün də olduqca ehtirası bir gecə hazırlayın, amma onun bilməsinə şərait yaratmayın. Partnyorunuza sadəcə onun üçün həyəcanlı bir axşam planladığınızı deyin.

Yeni macəraya atılın!

Bir az təhlükəli bir macəraya atılmaq ikiniz arasındakı bağları gücləndirəcək. Həyatınız üçün təhlükəli olan macəralar axtaramağa məcbur deyilsiniz. Sadəcə gündəlik həyatdan kənara çıxın. Məsələn: dilini bilmədiyiniz bir ölkəyə gedin. Əmin olun birlikdə möhtəşəm anlarınız olacaq.

Yataqda uzun bir yol qət edin!

Bir dəfə bir-birinizin həsas nöqtələrini öyrəndikdən sonra bunu təkrar etmək istəyəcəksiniz. Tez bitirməyə, sürətli olmağa çalışmayın. Beləliklə, yeni həyəcanlar və zövqlər kəşf edəcəksiniz.

Zövqlərinizi yeniləyin!

Partnyorunuzla birlikdə heç oxumadığınız bir mövzuda kitab oxuyun ya da fərqli bir film izləyin. Məsələn, normalda romanları sevirsiniz, bu dəfə isə elmi kitablar oxuyun. Ya da komediya filmi yerinə bir sənədli film izləyin  və onra bunu müzakirə edin. Beləliklə partnyorunuzun fikirlərini öyrənmiş olacaqsınız.

Bir-birinizə hiss etdikləriniz barədə danışın!

Zamanı həmişə film izləməyə, yemək yeməyə və işə gedərkən tıxacın olmasından danışmağa həsr etməyin. Bunun əvəzinə ikinizdən danışın. Birlikdə duş qəbul edin, masaj edin. Belə anlarda rahatalamaq bir-birinizin fiziki və emosional təmaslardan necə zövq aldığınzı xatırlamağa kömək olur.

Yaddaşınızı təzələyin!

Uzun müddətli münasibətlərdə adətən bir-birlərini yaxşı xasiyyətlərini görmürlər. Siz bu səhvi etməyin. Sevgilinizin sizi əsəbiləşdirən xasiyyətini görmək yerinə onun sevdiyiniz xasiyyətlərini xatırlamağa çalışın.

Bir-birinizə toxunun!

Heç nə bir-birinizə toxunmaqdan daha çox sizi yaxınlaşdıra bilməz. Gəzərkən onun əlini tutmaq ya da televizor izləyərkən başını çiyninə qoymaq, sizi cütlük olaraq bir-birinizə bağlayacaq. Bunun, xüsusilə, ehtiraslı bir toxunuş olması lazım deyil, vacib olan əlaqənin qurulmasıdır.

Buna da baxın

Münasibətlərdə təhlükəli olan 7 davranış

Whatsapp ilə Paylaş 1-Bütün Sirlərinizi Vermək Müansibətlərdə duyğu və düşüncələri paylaşmaq əhəmiyyətlidir. Bu cütlüklərin bir-birlərini …