Əsas səhifə / Manşet / Mürəkkəb ləkəsinin asan təmizlənməsi
Bizi mobildən daha sürətli  izləyin

Mürəkkəb ləkəsinin asan təmizlənməsi

mürəkkəb ləkəsinin təmizlənməsi

Paltarlara tökülən mürəkkəb ləkəsini təmizləmək olduqca çətindir. Amma təbii ki, qeyri-mümkün deyil.

Qadinklubu.com sizlərə mürəkkəb ləkəsini təmizləmək üçün bir neçə üsul təqdim edir. Hansı ki, bu üsullardan faydalanaraq mürəkkəb ləkələrini təmizləyə bilərsiniz.

Normal mürəkkəb ləkəsini çıxarmaq üçün, ləkənin üzərindən soyuq su axıdılır. Bu əməliyyat, su rəngsiz axana qədər davam etdirilir. Sonra yuyucu toz köpürtülərək ləkəyə sürtülür və sonra sabunlu suyla yuyulur.

Fərqli bir əməliyyat olaraq qabartma tozu ilə oksigenli su (hidrogen peroksid) qarışdırılaraq bir məcun halına gətirin. Daha sonra ləkənin üzərinə yayaraq buxara tutun.

Limon və duz qarışığıyla ya da südlə silərək də mürəkkəb ləkəsini təmizləmək olar. Ancaq bəzi mürəkkəblər qalıcıdır və bunları çıxartmaq  mümkün deyil.

Parket üzərinə tökülən mürəkkəbi çıxartmaq üçün, süd və qliserin qarışdırılır. Yumşaq bir süngər bu qarışığa batırılaraq ləkə silinər. Sonra təmiz bir su ilə ləkə bölgəsi yuyulur.

Dəri kresloya tökülən mürəkkəb ləkəsini çıxarmaq üçün, yumşaq nəmli bir bezi limonlu suya batıraraq ləkə bölgəsi silinməlidir.

Ağ örtüyə tökülən mürəkkəb ləkəsini çıxarmaq üçün, pomidor istifadə edilməlidir. Pomidor ortadan ikiyə bölünərək ləkəyə sürtülməlidir. Bir az gözlədildikdən sonra isti su ilə yuyularaq təmizlənməlidir.

Diyircəkli qələm ləkəsi, spirt ilə asanca təmizlənə bilər. Südün içərisinə bir miqdar sirkə qoyub, yumşaq bir bezlə ləkə bölgəsini silərək də ləkə çıxardıla bilər.