Əsas səhifə / Əsas menu / DİN / Müsəlman qadınların həyatlarını dəyişdirəcək nümunə
Bizi mobildən daha sürətli  izləyin

Müsəlman qadınların həyatlarını dəyişdirəcək nümunə

k

İslam peyğəmbərinin ilk zövcəsi və ilk Müsəlman qadın olan Hz. Xədicə anamız 556-cı ildə soylu bir ailədə zəngin bir qız kimi doğulmuşdu. İffətini özünə qalxan edib yaşayaraq Müsəlman qadınlar üçün şəxsi həyatlarını dəyişdirəcək bir nümunə olmuşdu.

Hz. Xədicə İslama könül vermiş ilk qadın, peyğəmbərin missiyasını bir an belə tərəddüd etmədən təsdiq edən, İslam peyğəmbərinin ilk və yaşadığı sürədə tək zövcəsi olma şərəfini qürurla daşıyan, ömrü boyu malı və canıyla İslama xidmət edən böyük bir şəxsiyyət idi.

Allah Rəsulu Hz. Xədicə ilə həyatını birləşdirdikdən sonra qurduqları yuvada onlar yalnız özlərini düşünüb tənha qalmamış, başqalarının da əlindən tutmuş, onları da həyata hazırlamışdılar.

Ailə həyatı qurar-qurmaz əmisi Hz. Abbasın yanına gələn Peyğəmbər (s.a.s) Əbu Talib ailəsinin maddi sıxıntılarını dilə gətirərək bu evin yükünü bölüşməyi təklif etmiş, Hz. Abbas qardaşı oğullarından birini, Rəsulullah isə Əbu Talibin digər övladı Hz. Əlini himayəsinə götürmüşdü. Məhəmmədül-Əmin (s.a.s.) Əli üçün bir ata, Hz. Xədicə isə şəfqətli bir ana olmuşdu.

Bu evin sakinləri arasında əslən azad bir ailənin övladı olan başqa bir gənc – anası ilə getdiyi ana ocağında hücuma məruz qalaraq qul bazarında satılan Zeyd ibn Harisə də var idi. Onu Ukaz yarmarkasından alan Hz. Xədicə anamızın qardaşı oğlu Hakim ibn Hizam öz bibisinə gətirmişdi. Mübarək yuva qurulanadək bir müddət xidmətçilik edən Zeyd artıq bu yeni ailənin bir üzvü idi.

Digər gənc sakin isə Xədicə anamızın əvvəlki həyat yoldaşından olan oğlu Hind idi.

Daha sonra bu mübarək evdə böyümə və yaşama lütfünə sahib olacaq digər biri atası vəfat etmiş Zübeyr Avvam oğlu oldu.

Məhz belə bir ailədə xoşbəxtlik, səadət hökm sürə bilərdi. Hz. Xədicə anamızın şəfqət dolu səyləri bu xoşbəxliyə qida verən mühüm təkanverici qüvvə idi. Həyat yoldaşının hər hərəkətini lap başdan doğru qəbul edir və sözsüz yerinə yetirirdi. Peyğəmbər əfəndimiz nə vaxt ürəyini sıxan bir hadisə ilə qarşılaşsaydı, gələr, Hz. Xədicə anamızın qərar tutduğu bu ocaqda rahatlıq tapardı. Evdə belə bir mənəvi abi-həyat olduğu kimi, onların ikisi arasında da qibtə ediləcək səmimiyyət, şərtsiz bir təslimiyyət və böyük bir etibar var idi. Həyat yoldaşı və hər işdə dəstəkçisi olan Hz. Xədicə Nur dağındakı Hira Mağarasında inzivaya çəkildiyi dövrdən başlayaraq, ta həyatının sonuna qədər hər bir işdə səbr timsalı olmuş, hər bir çətinliyi böyük məsuliyyət və soyuqqanlılıqla qarşılayaraq sevgili ömür-gün yoldaşına dayaq olmuşdur.

Hz. Xədicə hicrətdən 3 il öncə, 619 –cu ildə 63 yaşında ikən vafat etdi. Hz. Peyğəmbərə (s.a.s.) göstərdiyi diqqət, sədaqət və fəfa ilə, iffət, şərəf, səbr və iman dolu həyatı ilə dünyadakı bütün qadınlara qiymətsiz bir miras qoyaraq dünyanı tərk etdi. Vəfatından sonra da Müsəlmanların anası olaraq heç unudulmadı. Sevgili Peyğəmbərin (s.a.s.) sözləri ilə desək : “Onun könlündə heç kimsədə olmayan bir özəllik var idi, insanın könlündəki hüznü çəkib alardı.”

ALLAH (c.c.) Hz. Xədicənin fədakarlığını və imanını Cəbraillə (ə.s.) göndərdiyi salamla mükafatlandırdı. O, hələ həyatda ikən cənnətlə müjdələnən, ALLAHın salam göndərdiyi, Peyğəmbər (s.a.s.) tərəfindən müjdələnərək “İmran qızı Məryəm, Fironun zövcəsi Asiyə ilə” bərabər tutulan çox özəl bir qadındı.