Əsas səhifə / Manşet / Nağıl (Сказка) – tortu
Bizi mobildən daha sürətli  izləyin

Nağıl (Сказка) – tortu

Tərkibi:

  • 4 yumurta
  • 125 qr şəkər tozu
  • 125 qr un
  • 1 ç/qaşığı kakao
  • 1 x/qaşığı kartof nişastası

Sirop üçün:

  • 100 qr şəkər tozu
  • Yarım stəkan su
  • 1 x/qaşığı konyak (zövqə görə)

Krem:

  • 200 qr kərə yağı
  • 1 yumurta sarısı
  • 120 qr süd
  • 180 qr şəkər tozu
  • 1 paket vanil
  • 1 ç/qaşığı kakao
  • 1 x/qaşığı konyak (zövqə görə)

Hazırlanması:

Bir qaba isti su əlavə edərək, qarışımı hazırlayacağımız qabı üzərinə qoyuruq. Unla nişastanı qarışdırırıq. Su hamamında yumurtaları çırpırıq. Şəkər tozunu az-az əlavə edərək qarışdırmağa davam edirik. Qabı su hamamından götürdükdən sonra bir qədər də qarışdırırıq. Unu ələkdən keçirərək qarışdırırıq. Qəlibə-yağlı kağız üzərinə xəmiri tökürük. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Tam soyuduqdan sonra qəlibdən çıxararaq kənarlarını kəsərək formaya salırıq. Artıq hissələri sobada qızardaraq ovuntu halına gətiririk. Ovuntunun yarısına 1 ç/qaşığı kako əlavə edərək qarışdırırıq. Biskviti 3 hissəyə bölürük.

Siropun hazırlanması:

Qazana şəkər tozu və suyu əlavə edib ocaqda əridirik. Üzərinə konyak(istifadə etməmək də olar) əlavə edərək qarışdırırıq.

Kremin hazırlanması:

Şəkər tozu ilə südü qazana əlavə edərək, 2-3 dəqiqə ocaqda qaynayana qədər qarışdırırıq. Yumurtanı çırpırıq. Südlü siropu (isti halda ) əlavə edərək qarışdırmağa davam edirik. Az-az əlavə edin ki, yumurta bişməsin. Qarışımı yenidən qazana əlavə edib ocaqda qatılaşana qədər qarışdıraraq bişiririk. Otaq temperaturunda soyumasını gözləyirik. Vanili əlavə edib qarışdırırıq. Otaq temperaturunda yumşalmış kərə yağını qarışdırırıq. Bişirdiyimiz qarışımı az-az əlavə edərək qarışdırmağa davam edirik. Bir qədər bəzəmək üçün ayırırıq. Daha sonra konyakı əlavə edib yarısını da ayırırıq. Qalan qisminə kakao əlavə edib qarışdırırıq. Biskvitin üzərinə sirop və krem çəkərək digər biskviti üzərinə qoyuruq. Digər biskvitləri də eyni qayda ilə düzürük. Kənarlarını və üzərini də kremləyirik. Kənarlarını və üzərinə kakaolu ovuntu səpirik. Zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

2 Şərhlər

  1. Çox sağolun.