Əsas səhifə / Əsas menu / Praktika / Nanənin 10 fərqli istifadəsi
Bizi mobildən daha sürətli  izləyin

Nanənin 10 fərqli istifadəsi

naaNanənin 10 fərqli istifadəsi

Günəş yanıqlarına, akne və sızanaqlardan hıçqırığa qədər bir çox problemə qarşı nandən faydalana bilərsiniz. Salatlarınıza, içkilərinizə və yeməklərinizə dad qatan nanəni başqa haralarda istifadə edə bilərsiniz?

Sızanaqlardan qurtulmağınızda köməkçidir:

Yarım su stəkanı şəkərə1 yemək qaşığı nanə yağı əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra üzünüzə tətbiq edin. 10-15 dəqiqə gözlətdikdən sonra durulanın və nəmləndiricinizi çəkməyi unutmayın.

Günəş yanıqlarını rahatlaşdırır:

Şəkərsiz soyuq çay hazırlayıb soyuducuda soyuyana qədər gözləyin. İçinə 1-2 damla nanə yağı əlavə edin. Hazırladığınız qarışığı soyuqkən təmiz bir pambıq köməyi ilə günəş yanıqlarının üzərinə sürtün.

Sinüslərinizin açılmasını təmin edir:

Yarım litr suyu qaynadın və içinə nanə yarpaqları atın. Ardından hazırladığınız bu suyu nəfəsinizə çəkin.

Təbii otaq ətiri:

Yarısına qədər su doldurduğunuz bir stəkanın içinə saplarıyla birlikdə nanə qoyun.

Mədə kramplarının qarşısını alır:

Xəstələnincə ananızın dərhal hazırladığı nanə-limon çayı, mədə ağrılarınızı önləyər.

Ağızınızdan gözəl iy gəlməsini təmin edir:

3 dənə nanə yarpağını alın və yavaş yavaş çeynəyin.

Hıçqırığı yox edər:

1 bardaq suya bir çimdik duz atın və dörddəbir limon sıxın. Ardından 4-5 ədəd nanə yarpağı əlavə edin və bu qarışığı için.

Diş pastası vəzifəsi görür:

Evinizdə 1 yarpaq nanə, 1 çay qaşığı karbonat, yarım çay qaşığı yaxşıca üyüdülmüş dəniz duzu və 1-2 damla su ilə təbii bir diş pastası əldə edə bilərsiniz.

Mədə bulanmasına yaxşı gəlir:

Nanə iyləmək fərqli səbəblərlə ortaya çıxan mədə bulantısını basdırar.

Migrenə qarşı mübarizə aparır:

2 damla nanə yağını barmaq uclarınıza damladın və gicgahlarınızı ovun. Beləcə ağrılarınız yüngülləşəcək.


Buna da baxın

Hıçqırığı yox edən sadə və effektiv üsul

Whatsapp ilə Paylaş Hıçqırıq diyafraqma yolunun ani olaraq sıxılması nəticəsində yaranan bir sağlamlıq problemidir. Diyafraqma …