Əsas səhifə / Manşet / Napoleon tortu
Bizi mobildən daha sürətli  izləyin

Napoleon tortu

Tərkibi:

  • 460 qr un
  • 260 qr kərə yağı
  • 160 qr buzlu su
  • 15 qr sirkə 6 %
  • 1.5 qr duz

Krem:

  • 700 qr süd
  • 200 qr şəkər tozu
  • 3 yumurta sarısı
  • 10 qr vanil
  • 30 qr nişasta
  • 150 qr kərə yağı

Kremin hazırlanması:

Yumurta, şəkər tozu və vanili qarışdırdıqdan sonra nişastanı əlavə edib qarışdırmağa davam edirik. Südü bir qədər isitdikdən sonra qarışıma əlavə edirik. Bütün məhlulu qazanda ocaqa qoyub qarışdıraraq qaynamasını gözləyirik. Müntəzəm olaraq qarışdıraraq qaynamağa başladığında ocaqdan götürün. Daha sonra yağı əlavə edib qarışdırın.

Hazırlanması:

Otaq temperaturunda yumşalmış kərə yağını kub formasında doğrayaraq (qarışdırmağın rahat olması üçün) üzərinə un və duzu da əlavə edərək çəngəl vasitəsilə qarışdırırıq. Sirkəni buzlu su ilə qarışdırırıq. Sonra həmin məhlulu əvvəlcədən hazırladığınız unla yağa əlavə edərək xəmir yoğururuq. Xəmiri 14 hissəyə bölürük. Həmin hissələri bir qaba qoyaraq soyuducuda yarım saaat gözlədirik. Yarım saatdan sonra xəmiri soyuducudan çıxarıb, nazik qalınlıqda lavaş açın. Üzərini vilka ilə dəliklər açdıqdan sonra 190 dərəcəlik sobada 10-12 dəqiqə bişirin. Sobadan çıxarılmış biskiviti qəlib ölçüsündə kəsin. Kənarlarındakı artıq hissələri tortun üzəri üçün saxlayın. Tortu hazırlayacağınız qabı kremləyib üzərinə ilk biskivit qoyun. Daha sonra bu qayda ilə lavaşları üst-üstə kremlyərək düzün. Kənarlarını vərdənə vasitəsilə üyüdərək tortun üzərinə və kənarlarına səpin. Hazırladığımız tortu 1 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!

Buna da baxın

Hədiyyə tortu

Whatsapp ilə PaylaşTərkibi: 5 yumurta 150 qr şəkər tozu 150 qr un 2 x/qaşığı nişasta …