Bizi mobildən daha sürətli  izləyin

Napoleon Tortu

1379787946_tort-napoleon-na-tvorozhnom-teste

Napoleon Tortu

Tərkibi:

xəmir üçün:

-2 yumurta
-300 q kərə yağı
-6 st. un (1 st.=200 ml)
-0,5 ç.q. duz
-4 x.q. sirkə
-300 ml su

Krem üçün:

-5 yumurtanın sarısı
-1,5 l süd
-3 x.q. nişasta
-300 q şəkər tozu
-vanil
-250 q kərə yağı

Hazırlanması:

Soyuq kərə yağını unun üzərində sürtgəcdən keçirdin. Duz səpin. Yumurta, su və sirkəni qarışdırıb buraya əlavə edin. Xəmir yoğurun. Onu bir ləyənə qoyub ağzına qida plyonkası çəkin, 1,5-2 saat soyuducuda saxlayın.

Soyuq xəmiri bir neçə bərabər hissəyə bölün. Hər birini 2 mm qalınlıqda yayın. Siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Bişən qatlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz.

Krem üçün: südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun. Yumurta sarısı, 1 st süd, şəkər tozu, nişasta və vanili çalın. Qaynayan südə əlavə edin, bu zaman onu daim qarışdırın. Qatılaşana qədər qarışdıra-qarışdıra bişirin. Krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Ən asan variant: qabı olan mikserə töküb ən aşağı sürəti qoşun. Bu zaman onun üzərində qaymaq əmələ gəlməyəcək.

Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremə tədricən əlavə edərək qarışdırın.

Bişən qatlardan bir-ikisini xırdalayın (tortun üstünə səpmək üçün). Qatların arasına krem çəkin, üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin. 1-2 saat saxlayın. Bu müddətdə krem üst-üstə yığılan qatlara  hopacaq və onları yumşaldacaq. İti bıçaqla tortun kənarlarını hamarlayın. Yenə krem çəkin.

Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üstünə və kənarlarına səpin. Tortun tam özünü tutması üçün bir neçə saat saxlayın.

Nuş olsun!

Buna da baxın

Hamiləlikdə bunları yeməyin

Whatsapp ilə PaylaşHamiləlikdə bunları yeməyin Sağlam və enerji dolu hamiləlik yaşamaq istəyən qadınlar üçün qidalanmağınıza …