Əsas səhifə / Manşet / Nar qabığının möcüzəsi
Bizi mobildən daha sürətli  izləyin

Nar qabığının möcüzəsi

nar_051e70d3-3ca9-4479-b02b-f6887f306dda_1

Nar qabığı xolesterolu aşağı salmaq, immunitet sistemini gücləndirmək və bir çox xərçəng xəstəliyi növünə qarşı qoruyucu rolunu oynayır. 

Nar qabığı, ellagik turşusu antioksidantı, anti-mutajen və anti-xərçəng xüsusiyyətlərə malikdir. Ellagik turşusu xərçəngə səbəb olan molekullara təsir edərək,  onları  zərərsizləşdirir. Xüsusilə, ölkəmizdə bir çox insan nar qabığının faydalarından xəbərsiz olduğu üçün nar qabığını zibilə atırlar.

Qadinklubu.com-un məlumatına görə, nar qabığının tərkibi, bir çox xəstəliyin riskini azaldacaq və xolesterol səviyyəsini salacaq dərəcədə güclü antioksidanlar olan flavonoidlər, proantisiyanidler və fenol birləşmələrindən ibarətdir. Bu tərkibinə görə, nar qabığı ürək xəstəliklərinin müalicəsində 1 nömrəli dərmandır.

Amerikada ürək xəstəliklərinin ölümlə nəticələnmək nisbəti artdıqca, bu  gedişatı dəyişdirmək  məqsədiylə nar qabığından istifadə edilmişdir. Nəticədə, ölüm nisbəti xeyli aşağı düşmüşdür.

Nar qabığının başqa faydaları da vardır. Bəzi insanlar nar qabığından üz kremi, diş ağardıcı və təbii boya maddəsi kimi istifadə edirlər. Eyni zamanda, düzgün şəkildə pəhriz edənlərin gündəlik menyusunda nar qabığı olmalıdır.

Keçmiş zamanlarda, xüsusilə Hindistanda yaşayan insanlar xəstəliklərdən qorunmaq üçün nar qabıqlarını kiçik parçalar halında doğrayıb, günəşdə qurudaraq, istehlak etmişlər. Qədim Hindistanda nar qabığının atılması cinayət hesab olunurdu.

Nar qabığı necə qurudulur və istifadə edilir?

Narın dənələrini çıxartdıqdan sonra qabıqlarını bıçaq ilə uzununa doğrayın.  Kəsdiyiniz nar qabıqlarını günəşdə quruda və qurudulmuş qabıqları bir torbaya yığıb, saxlaya bilərsiniz.

Dərman şkafınızda diyarə (ishal), kolit, hemoroid müalicəsi üçün dərman olaraq saxlamaq istəsəniz, aşağıdakı düstur tam sizə görədir.

Vəsaitlər:

• ½ su stəkanı günəşdə qurudulmuş nar qabığı

• 1 şorba qaşığı kimyon toxumu

• ½ su stəkanı kefir və ya təbii qatıq

• Dad verməyi üçün duz

Hazırlanması:

Nar qabıqlarını 30 dəq isti suda gözlətdikdən sonra, bütün vəsaitləri əlavə edib, blenderdən keçirin. Duzu istədiyiniz miqdarda əlavə edə bilərsiniz.

İstifadə dozası:

Bu qarışımı ishal, dizenteriya, kolit, hemoroid və mədə ağrısı vəziyyətində , gündə üç dörd dəfə, 1/2 su stəkanı ölçüsündə istifadə edə bilərsiniz. Bağırsaq sistemi xəstəlikləri, ürək xəstəlikləri və bir çox xərçəng növünə tutulma riskini azaltmaq və müalicənin təsirini artırmaq  üçün gündəlik qidalanmanızda  yaşıl çayın yanına nar qabığı çayını da içməyinizi təklif edirik. Bu sizin sağlamlığınıza müsbət təsir göstərəcək.

Qadinklubu.com

Buna da baxın

Uşağıma dərman içirə bilmirəm – anaların problemi

Whatsapp ilə Paylaş Dərman qəbul etmək böyüklər üçün alışıq olduqları bir vəziyyət olduqlarından, normal qarşılana …