Əsas səhifə / Manşet / Naringinin faydaları
Bizi mobildən daha sürətli  izləyin

Naringinin faydaları

Tangerine with segments on a white background

Naringi möhtəşəm dadı xaricində sağlamlıq baxımından da  faydalıdır. Xüsusilə xərçənglə mübarizə və kilo verməyə inanılmaz qatqılar təmin edə bilər.  Qadinklubu.com sizlərə naringinin faydalarını təqdim edir.

Naringinin  Xərçəngə Faydaları: aparılan araşdırmalara görə,  naringi qaraciyər xərçənginə qarşı çox təsirli olduğu məlum olmuşdur. Tərkibindəki  bol miqdarda C vitamini ilə  qaraciyər xərçənginə tutulma riskini  azaldır.

C Vitamini anbarı: C vitamini baxımından çox zəngin olan naringi bu xüsusiyyəti sayəsində sərbəst radikallarla mübarizə aprarır.  Bunun bir nəticəsi olaraq sərbəst radikalların yol açdığı bir çox xəstəliyə tutulma riskini azaldır.

Xolesterola Faydaları: Naringi damar tıxanıqlığı riskini azaldır.

Naringi Qan təzyiqini nizamlayır: Naringi aşağı qan təzyiqi problemləri olan insanlara kömək ola bilər. Qan təzyiqi səviyyəsini normalda tutmağı təmin edir.

Kilo verməyi asanlaşdırır: Bol miqdarda lif ehtiva edən naringi iki istiqamətli olaraq kilo verməyi asanlaşdırır. Birincisi liflərin  köməyiylə mədənin davamlı toxluq hissini artırır, ikincisi isə həzm sisteminə kömək edir.

Sağlam İmmunitet Sistemi Üçün Naringi: Naringi bol miqdarda C vitamini ehtiva etdiyi üçün immunitet sistemini  gücləndirir. Buna görə qış aylarında çox istehlak edilməsi tövsiyə edilir.

Naringi Dəri sağlamlığını qoruyur: C vitamini ehtiva etdiyi üçün naringi dəri sağlamlığı üçün  faydalı bir meyvədir. Dərini sərbəst radikallardan qoruyur, günəş şüalarının  zərərlərinin qarşısını alır.

Naringi Saç Sağlamlığını Qoruyur: Dəri sağlamlığı xaricində saç sağlamlığı üçün də  çox faydalı olan  naringi, xüsusilə kövrək saç strukturlarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Saç tökülməsini maneə törədə bilər və sərbəst radikalların verdiyi zərərləri aradan qaldırar.

Soyuqdəyməyə qarşı  Naringi: Qış aylarında öskürək, soyuqdəymə, qrip kimi problemləri aradan qaldırar. Bol miqdarda C vitamini ehtiva etdiyi üçün naringi qış aylarında soyuqdəymə  riskini azaldır.