Əsas səhifə / Manşet / Necə edim ki, daha az yeyim?
Bizi mobildən daha sürətli  izləyin

Necə edim ki, daha az yeyim?

2

Sağlam qidalanmağa diqqət edin!

Televizorda sevdiyiniz seriala baxarkən ürəyiniz nəsə yemək istəyir?  Təbii ki, yeyin. Amma yediyiniz qidanın kalorisinin aşağı olmağına diqqət edin.

Gündəlik yaşamınızda sevdiyiniz qidaları istehlak etməkdən çəkinməyin!

Yeməkdən zövq aldığınız qidaları gün ərzində kiçik həcmdə qəbul edin. Bu həm sizin arıqlamağınıza kömək olacaq, həmdə psixoloji olaraq rahatlayacaqsınız.

Bol miqdarda meyvə və tərəvəz istehlak edin!

Meyvə və tərəvəzlər vitamın mənbəyi olduğu üçün, onları həyatınızdan əskik etməyin.

Su içərək aldığınız kaloriləri sıfıra endirin!

Kola və digər qazlı içkilərdən uzaq durmağa çalışın. Alkoqol qəbul edirsinizsə, bu gün ərzində iki qədəhdən artıq olmamalıdır. İdeal seçim sudur. Çalışın gün ərzində bacardığınız qədər çox su için.

İdmanı yaşam tərzinizə çevirin!

Özünüzə sevimli idman hərəkətləri seçin və bunları hər gün təkrar edin.

Özünüzü əsla günahlandırmayın!

Gün ərzində yediyiniz yemək normadan artıq ola bilər. Özünüzü qətiyyən günahlandırmayın. Araşdırmalara görə, özünü günahlandıran insanlar daha çox kökəlməyə meyilli qidalara yönəlirlər.

Buna da baxın

Yaddaşınızı gücləndirmək istəyirsinizsə…

Whatsapp ilə Paylaş Payızın gəlişi ilə gərginləşən iş rejimi az qala ağlınızı itirməyə səbəb olacaq. …