Əsas səhifə / Əsas menu / Sağlamlıq / Psixoloji sağlamlıq / Niyə dırnaqlarımızı yeyirik ?
Bizi mobildən daha sürətli  izləyin

Niyə dırnaqlarımızı yeyirik ?

0Niyə dırnaqlarımızı yeyirik ?

Hər gün ətrafımızda dırnaqlarını yeyən bir neçə adama rast gəlirik. Bu pis vərdişdən yaxasını qurtarmaq istəyən çoxdur, amma çətinlik çəkənlər də az deyil. Lakin bu çarəsiz bir dərd deyil.

Psixoloqlar bu vərdişin ağırlıq dərəcələrinin olduğunu deyirlər. Dırnaq yemə kimi pis vərdişlər yalnız kosmetik problem deyil, həm də psixoloji pozuntulardan xəbər verir. Dırnaq yemək vərdişi onixofagiya adlanır. Bu xəstəlik dırnağı yeyərək qanadıb, formasını pozmağa qədər aparır. Orta dərəcəli dırnaq yemə xəstəliyi dırnaqları qayçı istifadə etmədən dişlə qısaltmaq sayılır. Dırnağın üst hissəsini yeyərək tamamilə çıxarmaq, yumşaq hissəsinə kimi çatmaq isə vərdişin ağır dərəcəli olmasından xəbər verir. Bu halda həmin şəxs öz barmaqlarını və dırnaqlarını dişi ilə deformasiyaya uğradır və nəticədə özünə ziyan verir. Bu vərdiş əsasən uşaqlıq və yeniyetməlik dövründə başlayır. Tədbir görülməzsə yeniyetməlikdən sonrakı dövrdə də insanı müşayiət edir. Bəzi adamlarda isə bu, məhz gənclik dövründə ortaya çıxır. Buna qayğıların artması və sosial münasibətlərdə yaranan gərginliklər səbəb ola bilər.

Araşdırmalar göstərir ki, dırnaq yemək stressli və ya həyəcanlı vaxtlarda yaranır. Eyni zamanda sıxıntı və boşluq yaşayan insanlar da dırnağını yeməyə başlaya bilər. Dırnaq yemək vərdişinin fiziki zərərlərindən əlavə mənfi sosial nəticələri də var. Belə ki, dırnağını yeyənlər ətrafdakıların ürəyini bulandırar və nəticədə ətrafdakı insanlar onlardan uzaqlaşar. Onixofagiya bir çox hallarda kosmetik problem kimi qələmə verilir və ciddiyətinə varılmır. Lakin bu alışqanlıq psixoloji kökənlidir və mütləq psixoloqa müraciət olunmalıdır.


Buna da baxın

Qırışlara səbəb olan pis vərdişlər

Whatsapp ilə PaylaşQırışlara səbəb olan pis vərdişlər Hər bir qadın dərisini cavan və sağlam saxlamaq …