Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / “Niyə hələ də ərə getməmisən?” – Qızları ən çox bezdirən suallar
Bizi mobildən daha sürətli  izləyin

“Niyə hələ də ərə getməmisən?” – Qızları ən çox bezdirən suallar

12

“Niyə hələ də ərə getməmisən?” – Qızları ən çox bezdirən suallar

Bu sual sizdən daha çox ananızı və yaxın qohumlarınızı narahat edir.

Onlar hətta bunu ürəklərinə salıb, dərd edirlər. Çünki qonşular və qohumlar bu suallarlarla onu bezdiriblər. Gözəl görünüşünüz və uğurlu addımlarınız, hətta kişilərin də təəccübünə səbəb olur: axı sizin kimi qız niyə hələ də ərə getməyib? Bu azmış kimi sizdən xoşlanan kişilər də bu sualla sizi yorur…
Bütün bunların nəticəsi olaraq, güzgü qarşısında dayanıb, uzun-uzadı özünüzə baxırsız və soruşursunuz: “Axı mən nəyə görə, hələ də, ərdə deyiləm?”

Yaşınız 30-u keçib, amma siz indiyə kimi bir dəfə də olsun ailə qurmağı öz planlarınızın sırasına daxil etməmisiz. Ona görə də bu yaşa qədər çıxan uyğun namizədləri dəyərləndirməmisiz. Ya da özünüzü “elçi daşı”nın üstündə oturan hər hansı bir oğlanın arvadı olaraq görə bilmədiyiniz üçün azad və sərbəstliyi seçmisiniz. Beləcə illər keçib.

Artıq həyata baxışınız dəyişib. Qəlbinizin dərinliyində gözəl həyat yoldaşı və ailə qurmağı arzulayırsınızsa, amma heç bir evlilik təklifi almırsınızsa, bunun səbəblərini ilk növbədə özünüzdə axtarmalısınız. Çünki siz…

Bağlanmaqdan qorxursunuz

Düşünürsünüz ki, bu, hər zaman belə olacaq. Ondan daha yaxşısı gələcək. Daha bir məqam isə sizdən xoşlanan kişini yaxına buraxıb, ona bağlanmaq, daha sonra isə əzab çəkmək qorxusudur. Bəli, biz qadınlar ailə qurduqdan sonra xəyal qırıqlığına uğramaqdan – xəyanətdən qorxuruq. Çünki hətta ciddi münasibətlərdə belə xəyanət riski qaçılmazdır. Bu hiss də sizi içinizdən yeyir ki, birdən məni başqası ilə aldadar. Ona görə də addım atıb, ailə qurmaqdan çəkinirsiniz. Bununla da öncədən öz xoşbəxtliyinizi əngəlləyirsiz.

Bəzən həddindən artıq əlçatılmaz olmaq istəyirsiniz

Fikirləşirsiniz ki, əgər o sizinlə gəzsə və onunla artıq bir necə müddətdən sonra heç bir şey alınmazsa siz artıq ikinci dəfə bu münasibətlərə hazır olmayacaqsınız. Əlindən tutmaq olmaz, öpmək qətiyyən olmaz. Çünki bizim mentalitetə uyğun deyil. Qıraqdan baxan nə deyər fikirləri sizi münasibətdən soyudur.

Ola bilər ki, kiminləsə müqayisə edirsiniz

Əvvəl sevdiyiniz və həyatını birləşdirmək istəyiniz biriylə alınmayıbsa, hər sizi tanımaq istəyəni onunla müqayisə edirsiniz. Onun kimi olmağını, onun kimi görünməyini, onun kimi gülməyini, danışmağını istəyirsiniz. Bu isə heç bir oğlanın xoşuna gəlməz. Artıq bunları bir kənara atıb, müqayisəsiz bir münasibət yaşamalısınız. Artıq ondan sonra sizdə ciddi bir münasibət qurula və evlilikdən qorxmaya bilərsiz.


Buna da baxın

Eşq? Şəfqət? Şəhvət?

Whatsapp ilə Paylaş Bəzi qadınlar ana roluna o qədər öyrəşirlər ki, həyat yoldaşlarına da uşaqlarıymış …