Əsas səhifə / Əsas menu / Sağlamlıq / Niyə qara şokalad yeməliyik ?
Bizi mobildən daha sürətli  izləyin

Niyə qara şokalad yeməliyik ?

aaNiyə qara şokalad yeməliyik ?

Hirsli vaxtlarınızda bitter (tünd) şokalad yeyin.

Qara şokaladın tərkibindəki kakao əsəbinizi sakitləşdirəcək. Qara şokalad ləzzətli dada malik olduğu kimi çox sayda faydaları da vardır. Eyni zamanda onu yeyən zaman ifrat etmək olmaz. Çünki tərkibindəki maddələr çox zəngin və ağırdır.

Qara şokaladın tərkibində anti-oksidan vardır. Bu maddə bir çox meyvələrdə və tərəvəzlərdə də mövcuddur. Bu maddə bir çox xəstəliklərlə mübarizə aparır. Tədqiqatlar göstərmişdir ki, qara şokaladı yemək faydalı xolesterinin (HDL) səviyyəsini qaldırır və zərərli xolesterinin (LDL) səviyyəsini azaldır. Şokaladın tərkində kakao vardır və insan gün ərzində əgər 20 qram şokolad yeyərsə, qan dövrani 70% yaxşılaşar.

Qara şokalad hamilə qadınlara faydalıdır.

Son tədqiqatlar göstərir ki, qara şokaladın tərkibində tyubrumin adlı kimyəvi bir maddə vardır. Bu maddə hamilə qadınlarda bir çox problemlərin qarşısını ala bilər. Diqqət edin ki, şokalad hər nə qədər qara olarsa, yəni kakao çox olarsa, faydası da çox olar.

Qara şokalad ürək xəstələri üçün də faydalıdır.

Tədqiqatçıların dediyinə görə qara şokaladın tərkibində kakao çox olduğundan, oksid nitrid maddəsinin azad olmasına gətirib çıxarır. Bu da qan damarlarının genişlənməsinə səbəb olar. Bu zaman qan rahat hərəkət edə bilər.

Qara şokalad dərinin dostudur.

Tədqiqatçılar qəribə bir tədqiqat aparmışdılar. Qara şokalad yeyənlərlə yeməyən insanlar arasında təcrübə aparmışdılar. Onların dərilərini 6 dəqiqə şüalandırmışdılar. Şokalad yeyənlərin dərilərindəki qırmızı iz yeməyənlərlə müqayisədə çox az olmuşdur. Aydın olub ki, 12 həftə davamlı şokolad yeyən iştirakçıların dərisi o biri iştirakçıların dərisindən 16% daha yaxşı imiş.

Qara şokalad ağrını azaldır.

Neuroscience jurnalında belə bir tədqiqatın nəticəsi dərc edilmişdi. Şokalad yeyən siçanlar ağrıya başqalarından daha gec reaksiya verirlər. Yəni, onların ağrıya olan dözümlülüyü daha çoxdur.

Əlbəttə, bunları deməkdə məqsəd o deyildir ki, qara şokaladı həddindən artıq yeməliyik. Çünki çox istifadə edilərsə, kökəlməyə gətirib çıxarar. Onu da qeyd etmək lazımdır ki, bütün bu tədqiqatlar zamanı alimlər belə fikirə gəlmişdilər ki, su da ağrını azaltmaq qabiliyyətinə malikdir.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …