Əsas səhifə / Manşet / Novruz bayramı adətləri və falları
Bizi mobildən daha sürətli  izləyin

Novruz bayramı adətləri və falları

4589_novruz_bayram_balaca

Novruz bayramında aşağıdakı adətlər icra edilir:

Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni cücərtmək. Bu yazın gəlişinə ve təbiətin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların ve qonşuların evine qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailenin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun menası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
Novruz oyunları oynamaq.

Duzlu kökə yeyilir. Yuxuda həmin şəxs su versə, qismətindəki insan odur.

Subay qızlar arxası qapıya tərəf dayanaraq başmaqlarını başları üstündən atarlar. Başmaq qapıya tərəf düşsə həmin il bəxti açılacaq deməkdir.

Şamı yandıraraq  bir nəlbəkidəki suya damladırlar. Sudakı şam damlaları düzülərək hansı hərfi yaradarsa, qismətindəki şəxsin adının baş hərfi odur deməkdir.