Bizi mobildən daha sürətli  izləyin

Noxud kotleti

noxudNoxud kotleti

Tərkibi:

1 stəkan qaynamış noxud
1 ədəd yumurta
2 xörək qaşığı un
1 ədəd soğan
3 diş sarımsaq, cəfəri
1 çay qaşığı soda, duz
İstiot
Sarıkök
Duru yağ

Hazırlanması:

Qaynamış noxudu maşından keçirin. Soğan, sarımsağı rəndələyin. Cəfərini xırda doğrayın. Bunların hamısını bir qabın içinə qoyun, duz, istiot, soda, un, sarıkök və yumurtanı əlavə edib yaxşıca yoğurun. Soyuducuda 1 saat saxlayın. Hazırlanan qarışımdan qoz boyda kotletlər hazırlayın və isinmiş duru yağda qızardın.

Nuş olsun!