Əsas səhifə / Əsas menu / Video / “O səs Türkiyə”dəki azərbaycanlı: “Babam Lerikdəndir…”
Bizi mobildən daha sürətli  izləyin

“O səs Türkiyə”dəki azərbaycanlı: “Babam Lerikdəndir…”

“O səs Türkiyə”dəki azərbaycanlı: “Babam Lerikdəndir…”

Tuğçe Gendigele

“O səs Türkiyə” yarışmasında səsi ilə hamını təəccübləndirən Azərbaycan əsilli Tuğçe Gendigelenin müsahibəsi:

Əvvəlcə uğurlarınıza və ən son performansınıza görə sizi Azərbaycan xalqı və Starxəbər adından təbrik edir, uğurlarınızın davamını diləyirəm. “O səs Türkiyə”də iştirak etmək qərarınız və bu vaxta qədər gəlmə müddətinizi paylaşa bilərsinizmi?

– Təşəkkür edirəm, əfəndim. Azəri xalqı da mənə dəstəkdir, bunu bilirəm, sağ olsunlar. Mən mahnı yazarıyam, oxumaqdan əlavə. Bir çox mahnılarım var, 3 dildə olmaqla. Yəni, mən “O Səs Türkiyə” müsabiqəsindən də əvvəl müğənni idim, səhnələrə çıxmışdım. Yarışmaya keçən il gələcəkdim, şəxsi problemlərim səbəbindən gələ bilmədim, amma bu il özümə güvənim vardı, müraciət etdim və iştirak etdim.

– Bu enerjini sizə necə əks etdirir Azərbaycan xalqı?

– Mənə mesajlar göndərirlər, “facebook”-dan. Azərbaycandan əksəriyyət olmaqla hamı mənə dəstək olduğunu deyir və mən buna çox sevinirəm.

– Hədəfiniz nədir?

– Əlbəttə ki, birinci olmaq.

– Finalda özünüzə kimi rəqib görürsünüz? Məsələn, Karadeniz mahnıları oxuyan Camal və Soysal Dilmaç qardaşları çox iddialıdır.

– Doğrudur, Soysal Camal qardaşlarını və Nur Ceneti özümə rəqib görürəm, amma məndə olan xüsusiyyətlər onlarda yoxdu, mən onlardan daha yaxşı istifadə edə bilsəm, birinci ola bilərəm.

– Hansı mahnını oxuyacaqsınız? Seçiminizi etdinizmi?

– Hələ ki yox, seçimi Ebru xanım edəcək, amma mənim də bəyənməyim vacibdir.

– Yarışmanın sonunda eyni ölkə vətəndaşı olduğunuz Sevil və Sevinc Səfərova bacıları ilə yarışdınız və onlar məğlub oldu. Buna üzüldünüzmü?

– Bu sual dünən mənə çox verildi, onların məğlubiyyətində mənlik heç nə yoxdur, Ebru xanımın seçimidir, mən də hörmət edirəm. O qızlar da yaxşı oxuyurdu, həmyerlim olaraq üzüldüm, təbii ki.

-Türkiyəli xanımlar Ebru Gündeşin rəsmi səhifəsində sizin səsinizə və fiziki görüşünüzə dair həddi aşan tənqidlər etdilər və siz buna reaksiya göstərdiniz. Rəyiniz sonradan silindi. Qısqanıldığınızı düşünürsünüzmü?

– Buna çox əsəbləşdim, arxamca bilib-bilmədən kobud sözlər deyirlər, məni qəbul edə bilmirlər, əlbəttə ki, qısqanırlar. Hamı bunu görür və anlayır ki, orada ən güclü mənəm.

– Mustafa Mustafayev yarışmaya Acun Ilıcalı tərəfindən xüsusi dəvətli olaraq iştirak etməsinə baxmayaraq, səhnəyə çıxarılmadığı iddia edilir. Hətta rəsmi “facebook” səhifəsində bu mövzuda bir yazı paylaşdı. Yazını sizə də göndərirəm. Bu mövzu ilə bağlı nələr demək istərsiniz? “Bugün mənim haqqım tapdalanmadı, bütün Azərbaycanın haqqını tapdaladılar. Mən səhnəyə çıxanda heç kimin komandasında yer qalmamışdı və ən axırda çıxmışdım mən… Amma erməni çıxanda yer saxladılar … Mən də səhnədə Acuna dedim ki, niyə erməniyə yer qalır, mənə yox, məni özünüz də özəl dəvət etmişdiniz keçən il. Çünki mən orda öz haqqımı tələb etməliydim indi isə çəkilişi efirə vermədilər… Sizdən dönə – dönə xahiş edirəm, ACUN.COM səhifəsində və ən əsası https://www.facebook.com/osesturkiye?fref=ts bu səhifədə və Twitterdə hər kəs bu haqda mesaj yazsın, mən tək başına heç nə edə bilməyəcəm”.

– Mən Mustafa ilə tanışam, yəni orda görmüşdüm, o, keçən il də iştirak etmişdi. Biz “facebook”-da dostuq, bu vəziyyət çox pis oldu, əlbəttə, zəhmət çəkmişdi, qınayıram.

– Sizcə, erməni-Azərbaycan ayrıseçkiliyi edildimi?

– Xeyr, olmadı. Juri bilmirdi, onun erməni olduğunu. Bu cür yarışmalarda irqçilik pisdir. Sadəcə Mustafaya vaxt olmadı.

– Münsiflərdən ən çox kimi özünüzə, tərzinizə daha yaxın görürsünüz?

– Mən Hülya olmasını istəyirdim, juride o olsaydı, mən onu seçərdim, amma hazırda Ebru xanım mənə daha yaxındır.

-Albom çalışma təklifi, ya da hər hansı bir səhnə təklifi alırsınızmı? Yarışmanın nəticəsi nə olursa olsun, albom çıxarma layihəniz olacaqmı?

– Biz ora gedəndə, yəni seçildikdə Acun media ilə sənəd imzalayırıq. Yarışma boyu albom hazırlamaq, başqa müsabiqələrdə olmaq və s. olmaz, amma mənə çox təkliflər gəldi.

– Azərbaycandakı musiqi sektorundan təklif almısınızmı?

– Xeyr, Azərbaycanda olan tv kanalları məni proqramlarına dəvət etdilər, indi də edirlər. Space TV, ATV. Türkiyədən də çox təkliflər olur, prodüsser olmaq istəyən. Mən ciddi iş görmək istəyirəm.

-Azərbaycanın harasındansınız? Azərbaycanda oldunuzmu? Gəlməyi düşünürsünüzmü?

– Babam Lerik rayonundandır, yəni atamın atası. Mən Türkiyədə doğuldum, burda təhsil aldım, əlbəttə, gəlmək istəyərəm. Uşaq ikən, təxminən 8 yaşımda bir dəfə Bakıda olmuşam.

-Yarışmanın bundan sonrakı gedişatını deyə bilərsinizmi?

– 3-cü tur yarım final və final qaldı, hamısı canlı yayımlanacaq sms göndərməklə.

– Sonda Azərbaycan xalqına və sizi izləyən, dəstəkləyən izləyicilərinizə nələr demək istərdiniz?

– Azərbaycan mənim 2-ci vətənimdir. Mən azəriləri çox sevirəm, qürur duyuram ki, azəriyəm. Azəri xalqı çox istedadlı millətdir. Bunu “Eurovision”-da da göstərdilər. Mənə sonadək dəstək olacaqlarına əminəm. 1-ci yer üçün çalışacağam. Sizə də təşəkkür edirəm, tanışlığa da şadam.


starxeber.az

Buna da baxın

Hadisə bacısı ilə alış-verişdə – Foto

Whatsapp ilə PaylaşHadisə bacısı ilə alış-verişdə – Foto Türkiyəli müğənni Hadisə bacısı Dərya Açıkgözlə alış-veriş …