Əsas səhifə / Əsas menu / Ana və uşaq / Oğlan anaları bunları bilməlidir
Bizi mobildən daha sürətli  izləyin

Oğlan anaları bunları bilməlidir

j

Analar uşaqları üçün ideal insan olurlar.

Bunda anaların tərbiyə üsulunun da böyük əhəmiyyəti vardır. Oğlan uşaqlarının tərbiyəsində bəzi məqamlar xüsusilə diqqətdən yayınmamalıdır. Bu qaydalar gələcəkdə uşaqın xarakteri kimi özünü büruzə verəcəyindən, diqqətli olmaqda fayda var. Bu mövzu ilə əlaqədar olaraq Qadınklubu.com sırf oğlan uşaqlarının tərbiyəsində əhəmiyyətli mövqe tutan davranış qaydalarını araşdırdı.

1. Oğulunuzla əsla lağ etməyin.

Kişilər üçün, bir qadının onlarla lağ etməsi daim travmatiktir. Ananın lağ etməsi isə çox daha dərin yaralar aça bilər … İstər şalvarını tərs geydiyi üçün olsun, istər itlərdən qorxduğu üçün istərsə də, məktəbdə bir qızdan xoşlandığı üçün olsun, səbəbi fərq etməz, onunla lağ etdiyinizi sonsuza qədər xatırlayar.

2. Suallarına hər zaman cavab verin.

Hər yaşda! Əsla “çünki elə” və ya “böyüyüncə anlarsan” deyə yola verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin və sonra ona izah edin. Ona sualının ağılınızı qarışdırdığını və bir az zamana ehtiyacınız olduğunu söyləyin. İnanın, bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilirlər.

3. Qərar verərkən ondan məsləhət verməsini istəyin.

Uşaqların, bəzən sizing çətinlik çəktiyiniz edən mövzularda, inanılmaz tövsiyyələri və həlləri ola bilər. Üstəlik onu fikri soruşulan bir insan və kişi olaraq böyüdərək, xarakterini inkişaf etdirməsinə köməkçi olacaqsınız. Qarşılığında isə eyni güvən və hörməti qazanacaqsınız.

4. ‘Sənə söyləmişdim’ qəlibini ağılınızdan çıxarın.

Daha əvvəl söyləmiş olsanız və o da sizi dinləməmiş olsa belə, bu qəlibi sonsuza qədər ağılınızdan çıxarın. Bunun uşaq üçün bir faydası olduğu deyilə bilməz.

5. Onu tərifləyin.

“Gözəldir amma bunun düzəldilməsi lazımdır” yerinə yalnız “super” deyin. Uşağınız hər şeyi super edər. Və böyüdüyü zaman nəyin düzəldilməsi lazım olduğunu biləcək.

6. Xəyallarını dəstəkləyin

Əgər bir arxeoloq olmaq istəyirsə, ona mövzuya dair kitablar alın. Bir musiqiçi olmaq istəyirsə, ona hansı musiqi alətində ifa etmək istədiyini soruşun. Şəkil çəkməyəhəvəs göstərirsə bir rəsm dərnəyinə yazdırın. Çünki,oğlunuz 20 yaşlarına qədər peşə seçimində qərar verməkdə çətinlik çəkərək tez-tez qərar dəyişdirəcək.

7. Əgər ağlayırsa onu sakitləşdirin.

Problem sizə görə kiçik amma onun üçün böyük ola bilər. Əslində onun üçün hər problem böyükdür, çünki öz dünyası kiçikdir. Əgər başına pis bir şey gəldisə, neçə yaşında olursa-olsun onu sakitləşdirməyə çalışmalısınız. Bu qayda, qarşılıqlı anlayışın imtina edilməzdir.

8. Hər zaman onun tərəfində olun.

Yalnız sözdə deyil, davranışlarınızla da onun tərəfində olmalısınız. Başqalarının yanında oğlunuz hər zaman haqlıdır! Əgər təklif ya da iradlarınız varsa, bunu təklikdə də edə bilərsiniz.

Əgər bunları edə bilsəniz, oğlunuzun sizə ən xüsusi sualları, şəxsi duyğularını belə paylaşmasından təəcüblənməyin. Çünki o artıq sizə güvənir və bu da hər ananın xəyalıdır.

Buna da baxın

Əl quruluşuna görə xasiyyət

Whatsapp ilə PaylaşƏl quruluşuna görə xasiyyət Son vaxtlar hamının marağına səbəb olan fizioqnomika elminin (xarici …