Əsas səhifə / Manşet / Ölkədə yayılan yeni qripi bircə gündə yox edəcəksiniz….
Bizi mobildən daha sürətli  izləyin

Ölkədə yayılan yeni qripi bircə gündə yox edəcəksiniz….

Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan bu virus sürətlə yayılmaqdadır.

Virus yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də var və geniş yayılıb. Hətta bu qrip epidemiyası Fransanın Lion şəhərindəki qocalar evində 13 nəfərin ölümünə səbəb olub.
Ümumiyyətlə qripə yoluxanlar artıq onlara antibiotiklərin də təsir etmədiyini deyir. Bəs qripdən qurtulmaq üçün hansısa təbii yollarla müalicələr, türkəçarələr varmı?

Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd qripə qarşı təbii vasitələrdən istifadə etməklə ondan xilas olmağın mümkün olduğunu dedi:

“Əgər qrip olma ehtimalınız varsa və ya artıq qrip olmusunuzsa, burun boşluğuna hər iki saatdan bir soğan suyu tökülür. Əgər qripə yoluxan körpə uşaqdırsa, soğan suyu mütləq su ilə qarışdırılmalıdır. 2 saatdan bir 1 çay qaşığı bal ağızda sovrulur. Bir diş səhər, bir diş günorta və bir diş də axşam sarımsaq yeyilməlidir. Bir diş sarımsaq da kəsilib evdə boşqabda qoyulur ki, o virusların yayılmasının qarşısını alsın. Arı məhsulları, arı südü, çiçək tozu, bal, xüsusilə də tərkibində çoxlu təbii antibiotik olan, göbələk verməyən vərəm unu məhsulları qripin qarşısının alınmasında və müalicəsində çox əhəmiyyətlidir. Moruq, zoğal mürəbbəsi, sulu xəngəl, əvəlik yeyilməli, banka qoyulmalıdır. Xəstə keçi piyi ilə özünü yağlatmalı və möhkəm tərləməlidir. Bununla da qrip bir günə keçib gedir, ikinci günə keçmir”.

S.Əsəd qriplərin fərqli olduğunu dedi:

“Bu cür yayılan qriplər fərqlidir. Eləsi var ki, heç burundan su gəlmir. Birbaşa temperatur kəskin şəkildə qalxır. Bu, xüsusilə körpə uşaqlarda immunitet aşağı olduğu üçün kütləvi hal alıb. Ona görə də belə vəziyyətdə uşaqları evdə saxlamaq təhlükəlidir. Temperatur qalxanda qıcolmalar ola bilər və ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də immuniteti yüksək olan adamlar qripə yoluxmurlar. Məsələn, arıçılar qripə heç vaxt yoluxmur. Qripli adam 10 adamla görüşür. Kimin immuniteti aşağıdırsa, o, qripə yoluxur. İmmuniteti yuxarı olan adamlarda isə bu, özünü göstərə bilmir. Qripin növləri çox olduğuna görə təəssüflər olsun ki, onun birbaşa müalicəsi üçün vaksin yoxdur. Bu da ciddi fəsadlara gətirib çıxarır. Orqanizmdə saçdan dırnağa qədər zədələyə bilmədiyi bir nöqtə yoxdur. Çünki qrip virusdur. Virus olduğu üçün də hər yeri deşib zədələyə bilir. Ürək əzələsində, oynaqlarda və yaxud da müxtəlif boşluqlarda həmin yerin iltihabına qədər ciddi fəsadlara səbəb ola bilir. Xüsusilə də beyin toxuması olduqca həssasdır. Bu virus bütün mərkəzləri zədələyə bilir. Ona görə də qripdən qorxmaq və müdafiə olunmaq lazımdır”.//musavat.com

Buna da baxın

Tərəvəzli toyuq resepti

Whatsapp ilə PaylaşTərkibi: 1 ədəd kartof 1 su stəkanı noxud (konservləşdirilmişdirsə, yuyub suyunu süzmək kifayətdir) …