Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ölümcül xəstəliyə yaxalanmamaq üçün nə yemək olar?
Bizi mobildən daha sürətli  izləyin

Ölümcül xəstəliyə yaxalanmamaq üçün nə yemək olar?

meyve kanser

Ölümcül xəstəliyə yaxalanmamaq üçün nə yemək olar?

Xərçəng əsrimizin ən bəlalı xəstəliklərindən biridir. Ondan heç kim sığortalanmayıb. Ancaq müəyyən vasitələrlə- sağlam həyat tərzi, hərəkətlilik, sağlam qida və sairə ilə ondan qorunmaq mümkündür. Xərçəngdən qoruyan bəzi meyvə və tərəvəzi təqdim edirik.

ALMA – Vitamin və minerallarla zəngin alma xərçəngin müalicəsində, ondan qorunmaqda, allergiya və ürək damar xəstəliklərində faydalıdır. Gündə ən azı qabıqlı 2 alma qəbul edilməsi məsləhətdir.

NAR – Son araşdırmalar narın kanserojen maddələr verilən siçanların genlərində 30 faiz sağalmaya səbəb olduğunu üzə çıxarıb. Tərkibindəki bəzi maddələr sayəsəində xolestrol və şəkəri tənzimləyən nar, eyni zamanda ürəyidə qoruyur. Bunun üçündə gündə ya 1 stəkan təzə nar şirəsi içmək, yada 1 ədəd nar yemək məsləhətdir.

QARA ÜZÜM – O, xərçəngin inkişafına mane olan,eləcədə ürək damar xəstəliklərindən qoruyan meyvələrdən biridir. Ümüz toxumları və üzərindəki nazik qabığı ilə birlikdə yeyilməlidir.

BÖYÜRTKƏN – Xərçəng hüceyrələrinin ölməsinə kömək edir. Bu meyvənin qarpaqlarıda çox faydalıdır. Onlardan dəmləmə kimi istifadə etmək olar.

GİLAS – Xərçəngin yaranmasına və onun yayılmasına mane olur. Xüsusilə süd vəzi, dəri ,ağciyər və qaraciyər xərçənglərində təsirli vasitədir.

QARPIZ– A və C vitamini ilə zəngindir. Tərkibindəki yararlı maddələr sayəsində xərçəngə qarşı qoruyucu təsirə malikdir. O, bədəni tiksik maddələrdən də təmizləyir.

QIRMIZI TURP – Ağcyəri xərçəngi riskini azaldır, süd vəzi xərçəngindən qoruyur.

QIRMIZI BİBƏR– C vitamini ilə boldur. Bu vitamin qrupu xərçəng hüceyrələrinin inkişafınıləngidir və immuniteti gücləndirir.

BROKOLİ – C vitamini, betakaroten, kalsiyum la boldur. Xərçəngdən müdafiə edən maddələr var. Xüsusilə bağırsaq, süd vəzi xərçənginə qarşı qoruyucu özəlliyə sahibdir.

POMİDOR – Xüsusilə az bişmiş şəkildə qəbul edilən pomidor prostat xəstəliklərindən müdafiə edir. Onun tərkibindəki likopen maddəsi ağciyər, süd vəzi xərçənginidə əngəlləyir.

SARMISAQ – Xərçəngin yayılmasının qarşısını alır. Ondan həmdə xərçənglə müalicə zamanı istifadə etməkdə olar. Araşdırmalara görə, sarımsaq mədə, süd vəzi, bağırsaq, yemək borusu, prostat və dəri xərşənginin yaranması və irəliləməsinə mane olur. Hər gün 1-2 diş istifadə edilməsi məsləhətdir.

YER KÖKÜ – gündə 2 stəkan yerkökü şirəsi prostat xərçəngi riskini 20 faiz azaldır.

ANANAS – meyvənin tərkibindəki faydalı maddələr şiş hüceyrələri yaranmasına bir başa müsbət təsir edir. Xüsusilədə ağciyər, yumurtalıq, dəri xərçəngi şişlərinin inkişafında faydalıdır.

QOZ-FINDIQ – Qoz “Omega 3” yağ turşuları ilə həm xərçəngdən qoruyur, həm də ürək damar xəstəlikləri üçün faydalıdır. Gündə 1 ovuç qoz ləpəsi yemək tövsiyyə edilir. E vitamini ilə zəngin olan fındıq da həm xərçəngdən, həm də qırışların yaranmasından qoruyur. Onun tərkibindəki doymuş yağlar sağlamlığa zərəli deyil.

ƏNCİR– Dəmir və kalsiumla boldur. Həzm sisteminin işini asanlaşdırır və xərçəngə qarşı müdafiə sistemi yaradır.

İSPANAQ – İstər xərçəngə, istər ürək-damar, istərsədə yüksək təyziqdə faydalıdır.

BALQABAQ TOXUMU– E vitamini ilə zəngindir. Xərçəng hüceyrələrinin yaranmasına mane olur və immuniteti gücləndirir.

KƏLƏM – Süd vəzi və yumurtalıq xərçəngində təsirli vasitədir. Bədəndəki zərəli maddələrin atılmasına kömək edir.

DÜYÜ – E və B vitaminləri ilə boldur. Bağırsaq xərçənginə qarşı qoruyucu, infarkt riskini azaldan təsirə malikdir.

SOĞAN – Mədə və bağırsaq xərçəngindən mühafizə edir.

YAŞIL ÇAY – Hər gün yaşıl çay içmək məsləhətdir. Belə ki onun tərkibindəki xərçənglə mübarizə aparan maddələr qana keçərək bədənin hər bir hissəsinə yayılır və şişlərin yaranmasına mane olur.

QATIQ – Evdə hazırlanan qatığın tərkibindəki maddələr sağlamlığın böyük dostu, xərçəngin isə böyük düşmənidir. Xüsusilə süd vəzi və ağciyər xəstəliklərinin.

Buna da baxın

Bürcünüzə görə ideal kişinizin kim olduğunu öyrənin!

Whatsapp ilə PaylaşQoç bürcü qadını  Qoç bürcü qadını                                    Qoç bürcü qadını, azadlığına düşkün və …