Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ömrümüzü qısaldan 3 vərdiş
Bizi mobildən daha sürətli  izləyin

Ömrümüzü qısaldan 3 vərdiş

verdis

Ömrümüzü qısaldan 3 vərdiş

İngilis alimləri insan ömrünü qısaldan 3 vərdişi açıqlayıb. Həmin vərdişlər bunlardır : Siqaret , yalnış qidalanma və hərəkətsizlik.

Cambridge Universitetinə bağlı Cəmiyyət Sağlamlığı Mərkəzinin 1960-2007 illər arasında 1.2 milyon İngilis vətəndaşının səhiyyə məlumatlarını araşdıraraq gəldiyi nəticəyə əsasən, ürək narahatlıqları, iflic, tip 2 diyabet kimi qarşısı alına bilən ya da nəzarət altında saxlanıla bilən xəstəliklər indiki dövrdə hələ də başlıca ölüm səbəbləri arasındadırlar.

Siqaret insan ömrünü 10 il azaldır.

Mütəxəssislərə görə, düzgün qidalanma, nizamlı məşq, siqaret və spirt istifadə etməmək ilə insan öz ömrünü uzada bilər. İngilis səhiyyə mütəxəssisləri, bu 3 meyara uyğun gəlməyən 40 yaşındaki bir kişinin ömrünün təxminən 23 il qısaldığını bildiriblər. Bu da 40 yaşındakı bir kişinin həyat müddətinin 78’dən 55’ə  düşməyi mənasına gəlir. Mütəxəssislər, ömrü qısaldan başlıca faktor olaraq siqaret istifadəsini göstərirlər.  Təkcə siqaret istehlakının öz başına insan ömrünü təxminən 10 il qısaltdığı vurğulanır.

Buna da baxın

Qırışlara səbəb olan pis vərdişlər

Whatsapp ilə PaylaşQırışlara səbəb olan pis vərdişlər Hər bir qadın dərisini cavan və sağlam saxlamaq …