Əsas səhifə / Əsas menu / Xəbər / Ona çirkin deməyin: 13 yaşlı qızın üzü güləcək – FOTO
Bizi mobildən daha sürətli  izləyin

Ona çirkin deməyin: 13 yaşlı qızın üzü güləcək – FOTO

Ona çirkin deməyin: 13 yaşlı qızın üzü güləcək – FOTO

226323

“Etdiyiniz yardımlara, göstərdiyiniz köməyə, səmimiyyətinizə, dəstəyinizə görə hər birinizə minnətdaram. Nə yaxşı ki, siz varsınız. Nə yaxşı ki, köməyə ehtiyac duyana yardım əlini uzadanların sayı az deyil. Onun adından hər birinizə təşəkkür edirəm”.

Tumblr bloq-servisində “Blye” niki ilə “Daily Dot” bloqunun müəllifi və sahibi olan şəxs Qanada yaşayan 13 yaşlı Esinama yardım məqsədilə ianə toplanışı kampaniyasına başlamışdı.
Məqsəd 10 min dollar toplamaqdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu məbləğ cəmi bir həftəyə toplanıb.
Üzü anadangəlmə deformasiyaya məruz qalmış Esinam yetimdir. Nə atası var, nə də anası.

Esinamın sifətindəki deformasiyanı aradan qaldırmaq və durumu normallaşdırmaq üçün plastik cərrahiyyə əməliyyatlarına ehtiyacı var.
Qanadakı “New Seed Foundation” fondunun Esinamla bağlı 3 il əvvəl edilmiş müraciətinə indiyədək kimsə cavab verməmişdi.
İndi vəziyyət dəyişib.

Bloqer “Blye”nin yazdığına görə, Esinamın durumundan o, “GoFundMe” saytındakı məlumatdan xəbər tutub.

“Esinam barədə oxuyandan sonra kədərləndim. Simasındakı problem bu balanın məktəbə getməsinə də mane olurdu. Onun bəlasının səbəbini kimsə bilmir, çünki Esinam balaca olanda valideynləri ölüblər. Esinamı nənəsi saxlayırdı. Nənə insultdan öləndən sonra isə bu qızı “New Seed Foundation” fondunun sığınacağına yollayıblar. Bu gözəl qıza yardım etmək qərarına gəldim. Siması deformasiyaya uğrasa da, ona çirkin deməyin!

O, gözəldir. Ona yardım etməliyik. Buna görə də bloqumda kampaniyaya başladım”, – bloqer yazıb.

Onun sözlərinə görə, 450 nəfər onun çağırışına qoşulub və yardım edib, nəticədə də plastik cərrahiyyə əməliyyatları üçün gərəkli 10 min dollar toplanıb.

“New Seed Foundation” fondunun mətbuat katibi Livinus Akua-Ceksonun sözlərinə görə, onlar sevinirlər.

“Hər birimizin adından yardım edənlərə minnətdarlığımızı bildirirəm. Yığılan pulların hamısı son sentə qədər cərrahiyyə əməliyyatına xərclənəcək. Esinam əməliyyat olunacaq, məktəbə gedəcək. Bu qızın arzuları çin olacaq”, – Livinus Akua-Cekson söyləyib.


 
226323_902

226323_903

226323_905

Buna da baxın

Sultan Süleyman saqqalını kəsəcək

Whatsapp ilə PaylaşSultan Süleyman saqqalını kəsəcək Halit Ergenç 4 illik saqqallarından azad olacaq “Möhtəşəm yüz …