Əsas səhifə / Əsas menu / Xəbər / Onların həyatını Fatmagül dəyişdi
Bizi mobildən daha sürətli  izləyin

Onların həyatını Fatmagül dəyişdi

Onların həyatını Fatmagül dəyişdi

Onların həyatını Fatmagül dəyişdiƏrəb ölkələrində sevilərək baxılan türk serialları yerli qadınların həyatına da az təsir etmir

Hələ illər əvvəl bir neçə qadın seriallarda ərlərin arvadlarına göstərdiyi qayğını ərlərindən tələb edib, ancaq yoldaşlarının onları vecinə almadığını görüb boşanmağa qərar vermişdi. Ona görə boşanmaq üzrə olan kişilər türk seriallarının ölkədə dayandırılmasını tələb etmişdilər.

Qadınları cəsarətləndirən daha bir serial – “Fatmagülün suçu ne?”-nin və başqa serialların dəyişdiyi həyatlardan danışacaq.

Samar Şaban 50 yaşında həyata bütün inamını itirmiş bir qadın olub. Abu Dabidə yaşayır. Əri tərəfindən 13 il evə həbs olunub, dəfələrlə təcavüzə məruz qalıb. Ağrılı həyatına son verən isə “Fatmagülün suçu ne?” serialı olub. Üç kişinin təcavüzünə məruz qalan Fatmagüldən təsirlənən Samar evdən çıxmağın bir yolunu tapıb məhkəməyə gedib və boşanma tələb edib. İndi artıq müstəqil, azad bir qadındır.

Parskevi Yunanıstanda yaşayan və “Möhtəşəm Yüz il”serialının heyranı olan gənc hüquqşunasdır. Zehni xəstə olan bir qardaşı var və ömür boyu ona baxmalıdır. Ancaq bunu uzun müddət həzm edə bilməyib. Amma bir gün “Möhtəşəm yüz il”də heyranlıqla izlədiyi Halit Ergençin də bacısının əqli cəhətdən qüsurlu olduğunu öyrəndikdən sonra, həyata baxışı dəyişib. “Çünki Halit Ergenç çox güclü adamdır. Bu gücünü həm serialdakı, həm də həyatdakı duruşu ilə hər kəsə göstərir. Ondan aldığım güclə, artıq sadəcə özüm üçün deyil, qardaşım üçün də mübarizə aparıram” – deyir Parskevi.

Samirə İbrahim Misirdə yaşayır. 26 yaşında olan Samirə qadın hüquqları müdafiəçisidir. “Nyu-York Tayms” olmaqla bir çox nüfuzlu xəbər agentliklərində məqalələri çıxıb. 2011-ci ildə Təhrir Meydanındakı nümayişlər vaxtı əsgərlər tərəfindən tutulub və zorla bəkarət testi etdirilib. Amma susmayıb; məhkəməyə müraciət edib. Türk seriallarının, xüsusilə Fatmagülün fanatı olan Samirə belə deyir: “Bizim də bu cür qadın haqlarının qorunduğu, tabuların yıxıldığı seriallara ehtiyacımız var”.

Badısabah (soyadını açıqlamır), televiziyanın təsiri ilə həyatı dəyişən başqa bir qadındır. İstanbulda yaşayır. 45 yaşı var. Uşaq vaxtı özündən yaşca böyük kişi ilə evləndirilib.

“O evliliyi heç vaxt bağışlamadım…” deyir. Həyatını dəyişən isə 15 yaşındakı bir qız uşağının 70 yaşında bir kişi ilə evləndirilməsindən bəhs edən “Həyat davam edir” serialı olub. Yəni, Həyat obrazı ilə yeni həyat qazanıb. Uşaqlığından bəri onu döyən ərindən boşanıb. İndi iki uşağı ilə birlikdə xoşbəxt bir həyatı var.


xezerxeber