Əsas səhifə / Manşet / Orqanizmimizdə baş verən dəyişikliklərin gizli səbəbləri
Bizi mobildən daha sürətli  izləyin

Orqanizmimizdə baş verən dəyişikliklərin gizli səbəbləri

j

Kökəlmə, arıqlama, yorğunuq, əsəb gərginliyi kimi tez-tez rast gəlinən hallar heç də həmişə qidalanma, ətraf mühitin təsirləri, iş fəaliyyəti ilə bağlı olmur.

Orqanizmindəki endokrin vəzilər baş verən ən müəmmalı sirlərin səbəbi ola bilər.
Bunlara daxili sekresiya vəziləri də deyirlər. Onlar orqanizmimizin müxtəlif yerlərində yerləşərək qana xüsusi kimyəvi maddələr – hormonlar ifraz edirlər. Qan hormonları bütün orqanizmə yayır və daxili orqanlara “müxtəlif əmrləri” çatdırırlar. Nəticədə qana daxil olan hormonlardan asılı olaraq, o da öz işini ya gücləndirir, ya azaldır.

Hormonlar orqanizmimizdə maddələr mübadiləsinə, orqanizmin böyümə və inkişafına təsir edir.

Orqanizmimizdə yerləşən endokrin vəzilərdən biri də böyrəküstü vəzilərdir.
Onlar böyrəklərin yuxarı hissəsində papaqşəkilli yerləşmişlər. Bu vəzilərin vəzifəsi çox əhəmiyyətlidir. Belə ki, əgər bir heyvanın böyrəküstü vəziləri çıxarılsa, nəticədə qan təzyiqi azalar, ürəkdöyünmə, temperaturun aşağı düşməsi, ümumi zəiflik, həzm pozğunluğu, arıqlama və apatiya baş verər və niticədə heyvan tələf olar.

Böyrəküstü vəzilər fiziki iş və idmanla məşğul olarkən ürəyi daha sürətlə vurmağa məcbur edir, əzələlərə yorğunluğu aradan qaldırmaqda kömək edir. Böyrəküstü vəzilər damarları daraldır, genişləndirir və qan orqanizmin ehtiyac olan hissələrinə daxil olur. Böyrəküstü vəziləri tərəfindən ifraz olunan hormonlar orqanizmdə su-duz balansının tənzimlənməsində iştirak edir. Bu balans pozulduqda insanda arterial təzyiqinin artması, ödemlər, ürəkdə pozulmalar müşahidə olunur. Böyrəküstü vəziləri hormonlarının köməyi ilə insan müxtəlif fiziki və psixi streslərə tab gətirə bilir.

Əgər böyrəküstü vəzilər kifayət qədər sağlam deyilsə və kifayət qədər hormon yarada bilmirsə, insan arıqlayır, tez yorulur, əzələ zəifliyi baş verir. Bu zaman fiziki işgörmə qabiliyyəti itir, dəri gümüşü rəng alır, qan təzyiqinin azalması, həzm və qan dövranı pozğunluğu, ürək zəifliyi müşahidə olunur, bəzən insanlarda bədən çəkisinin “səbəbsiz olaraq” artması baş verə birir. Əgər qadın orqanizmində bu hormonun miqdarı çox olarsa, qadında həddən artıq tüklənmə, bədən quruluşunun dəyişilməsi (kişi bədən quruluşuna oxşamağa başlayır), menstrual funksiyasının pozulması, sonsuzluq kimi pozulmalar inkişaf edir.

Bu səbəbdən orqanizminizdə baş verən hər bir dəyişikliyə ciddi yanaşmanız vacibdir. Həkimə vaxtında edilən müraciət sonradan baş verən bir çox fəsadların qarşısını ala bilər.

Buna da baxın

“Gəlin” pəhrizi necə edilməlidir?

Whatsapp ilə Paylaş Gəlinlərin bir yandan toy təlaşı, bir yandan da arıqlamaq cəhdləri çox zaman  …