Əsas səhifə / Əsas menu / Gözəllik / Oruc dərini yeniləyir, gözəlləşdirir
Bizi mobildən daha sürətli  izləyin

Oruc dərini yeniləyir, gözəlləşdirir

deri

Oruc dərini yeniləyir, gözəlləşdirir

Qadinklubu.com Türkiyə mətbuatına istinadən bildirir ki, Dr. Gönül Ateşsaçan oruc və dəri sağlamlığı mövzusunda məlumatlar verib. Ateşsaçan, “Oruc tutmaq tam bir təmizlənmə metodudur. Bədən toksinlərdən təmizlənər və bütün orqanlar həzmlə məşğul olmaq yerinə özünü yeniləyər. Dərimiz də buna daxildir. Unudulmamalıdır ki, bol maye qəbul etmək lazımdır. Bunu da ən asan su, meyvə kompotu, ayrandan ala bilərik” deyə bildirib.

Oruc tutmağın dəri və gözəllik baxımından faydalı ola biləcəyini yazan Ateşsaçan, “Bol tərəvəz meyvə istehlak etmək, imsaqda mütləq zülal ağırlıqlı bəslənmək, iftarda isə yenə zülal və tərəvəz istehlakı uyğundur.” ifadələrini istifadə edib.

İmsaq qidalanmasının olduqca əhəmiyyətli olduğunu ifadə edən Ateşsaçan, bunları qeyd edib: “Sahura qalxmaq yerinə gecə yatmadan əvvəl səhər yeməyi və ya ağır yeməklər yeyilməsi aclıq müddətini artıracağı üçün maddələr mübadiləsi sürətinin düşməsinə, halsızlıq, baş ağrısı, yorğunluq və diqqət azalmasına səbəb ola bilər” deyə bildirib.


Buna da baxın

Daha canlı və təravətli cild üçün 5 peeling tərifi

Whatsapp ilə Paylaş  Hamının xəyalı gözəl, parlaq və hamar bir dəriyə sahib olmaqdır. Bu xəyalımızı …