Əsas səhifə / Manşet / Oruc tutacaksınızsa ərik suyu için
Bizi mobildən daha sürətli  izləyin

Oruc tutacaksınızsa ərik suyu için

Mütəxəssislər, ərik və ərik suyu tərkibində olan vitamin və mineralların həzm sistemini normallaşdırdığını deyirlər.

Qadınklubu.com-un məlumatına görə, Ramzan ayına saylı günlər qalıb. Bu ayda düzgün qidalanma insan sağlamlığı üçün çox vacibdir. Gündəlik bəslənmə nizamının dəyişməsi ilə bağlı olaraq həzim problemi yaşamamaq üçün mütəxəssislər, xüsusilə iftarda bir stəkan ərik suyu içilməsini məsləhət bilirlər.

Qidalanma nizamının dəyişməsi səbəbiylə həzmsizlik və qəbizlik problemlərinin artdığı məlumdur. Həzm sistemində yaranan çətinliklərin aradan qaldırılması üçün həkimlər bol maye qəbul etməyi təklif edirlər. Oruc tutanların gün ərzində qidalanmaması və iftar vaxtında da ağır qidalar qəbul etməsi həzm sistemininda narahatlıq yaradır

Bu narahatlıqda bəzi çətinliklərə səbəb olur. Bunların ən qabarıq olanı xalq arasında qəbizlik olmasıdır. Ərik, bağırsaq hərəkətlərinin rahatlamasında təsirli olan sellüloza və pektin ehtiva etməkdədir. Bu səbəblə  qəbizliyin aradan qaldırılması üçün iftarda bir stəkan ərik suyu içilməsi çox faydalıdır.

Buna da baxın

1 ay boyunca gündə iki ləkəli banan yesək…

Whatsapp ilə Paylaş Bananın bədənə faydaları çoxdur, ancaq normal banandan fərqli olaraq tamamən yetişmiş və …