Əsas səhifə / Əsas menu / Pəhriz / Oruc tutanlar üçün: idmanla nə vaxt məşğul olmalı?
Bizi mobildən daha sürətli  izləyin

Oruc tutanlar üçün: idmanla nə vaxt məşğul olmalı?

ii

Oruc tutanlar üçün: idmanla nə vaxt məşğul olmalı?

Qidalanma və hərəkət vərdişlərinin dəyişdiyi Ramazan ayında çəkiyə nəzarət etmək bir qədər çətin olur. Həm hərəkətsizlik, həm də iftardan imsak vaxtına kimi kalorili qidalar yemək, ikiqat yeməklə yüklənmək ayın sonunda kilo almağa səbəb olur.

Ramazanda təxminən 17 saat ac qalan mədə iftar vaxtı kalori yükünə məruz qalır. Nəticədə həzm sistemi pozulur. Hərəkətsizlik də əlavə olunsa, maddələr mübadiləsi yavaşlamağa başlayır. Nəticədə yeyilən qidalar yağ olaraq bədəndə toplanır və artıq çəkiyə səbəb olur. İftardan sonra hər gün müntəzəm idman edilərsə, Ramazan ayını sağlam və kilo problemi olmadan keçirə bilərsiz.

Ramazan ayı boyunca toxluq hissi ilə ayağa qalxın və 1.5, ya da 2 saat sonra idmana başlayın. İdman yüzdə 40 templə edilməlidir.

Daha çox 45 dəqiqəlik piyada gəzinti, velosiped sürmək, 30 dəqiqəlik üzmək, pilates, yoqa, ya da fitness hərəkətləri edə bilərsiz.

İdman mütləq iftardan 1.5-2 saat sonra edilməlidir.

Çox yorucu idmanlardan uzaq durun. Fasilələrlə edin.

İdman salonuna gedəcəksizsə, çox enerji sərf edilməyəcək idmanlar edin. Əgər salona getməyəcəksinizsə, açıq havada yüngül qaçışla məşğul ola bilərsiz.

Bütün idman hərəkətləri 30-45 dəqiqə edilməlidir.

İmsakı heç vaxt ötürməyin.

Ramazandan əvvəl müntəzəm idman edənlər bu ay boyunca da idmana ara verməməlidir.

Nəm və istilik aşağı olan yerlərdə idman edin.

İdmandan 30-45 dəqiqə sonra meyvə-tərəvəz porsu yeyin.

İftardan sonra çoxlu su içməyə çalışın. 2-2.5 litr su için. Ayran, yeni meyvə şirəsi, soda, tərəvəz suları da içə bilərsiz.

Mineral itkisini əngəlləmək üçün iftardan sonra 1 ədəd soda için.

Geyinərkən çox tərləməməyə çalışın.

Yetərli yuxuya diqqət edin.

İdmandan əvvəl bədən isitmə hərəkətləri etməyi unutmayın.

Buna da baxın

Ramazan ayında cinsi əlaqə günahdır?

Whatsapp ilə Paylaş“Ramazanda cinsəllik günahdırmı?” – insanların beynində ən çox dolaşan suallardan biridir. Orucluğun başlaması …