Əsas səhifə / Manşet / Orucluqda ağız qoxusu və quruluğunun həlli
Bizi mobildən daha sürətli  izləyin

Orucluqda ağız qoxusu və quruluğunun həlli

orucluqda ağız qoxusunun qarşısınınalınmasıDişlərinizi yeməkdən 1 saat sonra fırçalayın

Ramazan ayında yemək saatları iftar və imsaka görə nizamlandığı üçün uzun müddət ac və susuz qalırsınız. Xüsusilə imsakdan sonra dişlər fırçalanmadan ya da lazımlı təmizlik edilmədən yatılması ağız boşluğu üçün olduqca təhlükəli bir vəziyyətdir. Ac qalınan müddəti nəzərə alaraq imsakdan iftara qədər olan müddətdə ağızda bakteriyalar əlverişli mühit tapdıqlarından diş çürüklərini artıraraq ağız qoxusuna səbəb ola bilərlər. Bu səbəbdən yeməkdən 1 saat sonra dişlərinizi fırçalayın.

Diş sapı istifadə etmək

Normal diş fırçası istifadəsində dişlərin sadəcə səthi təmizlənir. Nə qədər ideal bir fırçalama edilsə də, diş arası bölgələr tamamilə təmizlənməz. Xəstəliklərin başlanğıcı dişarası problemlərdən qaynaqlanmaqdadır. Bu səbəblə düzgün ağız boşluğu qulluğu üçün diş ipi istifadə edilməsi məsləhətdir.

Ağız quruluğu çürük meydana gəlməsini sürətləndirir

Ramazanda oruc tutarkən ağız quruluğu da tez-tez yaşanan problemlərdən biridir. Tüpürcəyin dişləri yuyucu və qoruyucu xüsusiyyəti vardır. Ağızdakı tüpürcək axın sürəti diş sağlamlığı baxımından çox əhəmiyyətlidir. Ağızın quru qalması, var olan bir çürüyün sürətini artırar çürük meydana gəlməsinə də səbəb ola bilər. Oruc olarkən çox yatmamalı və ağızda quruluq varsa udmamaq şərtilə hərdən ağızı su ilə yaxalamaq lazımdır.

Ramazanda ağız və diş sağlamlığınız üçün bunlara diqqət edin:

– Ağız quruluğu qoxunun artmasına səbəb olmaqdadır. Gün ərzində ağzı su ilə yaxalamaq pis qoxunu azaldır.
– İmsakdan sonra dişlərin fırçalanması lazımdır.
– Ağız quruluğunu artıran çay qəhvə və ədviyyatlı yeməklərdən uzaq durulmalıdır.
– Tox tutması üçün seçim edilən süd, pendir və yumurta kimi qidalar pis qoxunu artırmaqdadır.
– Enerji içkilərindən uzaq dayanılmalıdır.
– Yemək mümkün qədər çox çeynənməlidir.
– Ət və şirniyyat məhsulları çox yeyilməməlidir.

Buna da baxın

Ramazanda tox qalmaq və az susamaq üçün…

Whatsapp ilə Paylaş Dr. Ayça Kaya oruc tutan zaman daha az susamaq və daha çox …