Əsas səhifə / Əsas menu / DİN / Orucun tibbi hikmətləri
Bizi mobildən daha sürətli  izləyin

Orucun tibbi hikmətləri

pp

Orucun tibbi hikmətləri

Oruc bədənin bütün sistemlərinə müsbət təsir göstərir. Ancaq oruc, sağlamlıq və pəhriz saxlamaq üçün yox, sırf Allah əmr etdiyi üçün tutulmalıdır.

Sinir sistemi

Oruclu insanın orqanizmi qida fəaliyyətinin azalması nəticəsində qeyri-iradi olaraq bir çox lüzumsuz yorğunluqdan xilas olur. Eyni zamanda hər fərd maddi imkanı səviyyəsində iftar və sahurda müəyyən miqdarda qida və vitamin qəbul edir; digər tərəfdən isə şəhvət və cinsi istəyin sabit və sakit vəziyyətdə olması, bir növ istirahət etməsi bütün sinir sisteminə gümrahlıq gətirir. Bəzi şəxslərin oruclu vaxtlarda əsəbi olmasının sinir sistemi ilə əlaqəsi yoxdur. Bu, nəfsə aid xüsusiyyətdir.

Oruc tutularkən qaraciyər istirahət etdiyi üçün bir çox zəhərli maddələri məhv edərək sinir sisteminin yorğunluq problemini yoluna qoyur.

Qan dövranı

Oruclu vaxtlarda gündüzlər qanda xolesterin səviyyəsi azalır. Damarların daxili divarında yığılan köhnə xolesterin artıqlarının yavaş-yavaş qan dövranına qarışması nəticəsində damarlar sərtliyi aradan qalxır. Bundan başqa, xüsusilə, günortadan sonra təzyiq düşür, damarlar tamamilə rahatlayır. Beləliklə, hal-hazırda ən qorxunc xəstəliklərdən biri olan “arterioskleroz” (ürək damarlarında tıxanma və infarkt) oruc və dəstəmazın birgə təsiri ilə, demək olar ki, aradan qalxır.

Həkimlərdən biri deyir ki, “Mən oruclu və müntəzəm dəstəmaz alan 300 yaşlı insanın qan təzyiqi üzərində apardığım araşdırma zamanı onlarda arterioskleroz xəstəliyinin əlamətlərinə və fəsadlarına rast gəlmədim və yaşları 65-dən yuxarı olsa da, təzyiqin 12-dən yuxarı qalxmadığını müşahidə edəndə heyrətimi gizlədə bilmədim”.

Ürəyə gəlincə üç hal ona mənfi təsir edir: damar sərtliyi (arteriosklerozla nəticələnir), sinir yorğunluğu və mədənin müntəzəm təzyiqi. Bu üç hal da oruc tutanlarda avtomatik olaraq aradan qalxır.

Həzm sistemi

Doğumdan ölümə qədər dayanmadan işləmək məcburiyyətində olan həzm sistemi oruc zamanı orta hesabla gündə ən azı dörd saat istirahət edir. Başqa sözlə, zərər görmüş, aşınmış, dağılmış hissələrini təmir etmə imkanı əldə edir.

Oruc sağlamlıq baxımından ən bariz təsirini qaraciyərə göstərir. Qaraciyərin bədənin müxtəlif yerləri ilə bağlı olan yüzlərlə funksiyası vardır. Yağları əridən ödün ifrazından xəstəliklərə qarşı müqavimət (immunitet) maddəsinin hazırlanmasına qədər bütün işlər, daha doğrusu, orqanizmin bütün kimyəvi prosesləri qaraciyərdə gedir. Çox nadir hallarda xəstələnir və həddən artıq yüklənəndə bəzi funksiyalarını natamam yerinə yetirir. Müasir tibb bir çox xəstəliklərin başlanğıc səbəbini (bədən müqavimətinin zəifləməsi, immunitet sisteminin bərpa edilməməsi halları) qaraciyərlə və onun həddən artıq yüklənməsi ilə izah edir.

Oruc isə qaraciyəri gündə üç-dörd saatlıq istirahətlə təmin edir. Hərçənd qaraciyər funksiya və fəaliyyətini dayandırmır, lakin bu vaxtlarda müəyyən yavaşlama müşayiət olunur.

Beləliklə, hər orqanda olduğu kimi, qaraciyərdə də istirahət zamanı ümumi yenilənmə baş verir. Bununla da immunitet, qan tərkibi və həzm sistemi özünün ən ideal formasını bərpa edir.

Qan tərkibi

Orqanizmin ən mühüm kimyəvi prosesləri qanda cərəyan edir. Müxtəlif qida maddələri, immunitet maddələri və tənəffüs fermentləri birbaşa qanın tərkibi ilə bağlıdır. Bu maddələrin artması orqanizmin işini çətinləşdirir, bunları “yerbəyər etmək” üçün var gücü ilə işləməyə məcbur olur. Oruclu insanlarda bu maddələr ən aşağı səviyyəyə düşür. Yəni qanda cərəyan edən kimyəvi proseslər zəifləyir, bir növ sabitləşir.

Zəif olduğu üçün oruc tutmayanlar bilmir ki, əslində onları bu hala gətirən səbəb orucsuzluqdur. Çünki arıq və zəif insanlarda qanın tərkibi heç cür sabitləşə bilmir.

Sidik-cinsiyyət sistemi

İstər sinir sisteminin sakitləşməsi, istərsə də cinsi istəyin müəyyən qədər qarşısını alan “şəhvət” pəhrizi cinsi həyat üçün böyük əhəmiyyət kəsb edir.

Böyrəklərin qidaların yanma maddələrini süzdüyünü və bu funksiyanı müntəzəm icra etdiyini nəzərə alsaq, oruc zamanı dörd saatlıq istirahətin faydasını daha yaxşı anlayarıq. Sanki insan sağlamlığının qorunması vəzifəsi oruca verilərək, ilahi əmr kimi lütf edilmişdir.

Buna da baxın

Qan dövranına təsir edən tədbirlər

Whatsapp ilə Paylaş Payız və qış aylarında ən çox rast gəlinən yuxarı tənəffüs yolları xəstəliklərində, …